İlin sonuna qədər Rusiya idxal olunan yanacaqdan 60%-ə qədər asılı
vəziyyətə düşə bilər.
Bu barədə Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin hesabatında
deyilir, məlumatı epravda yayıb.
Qurumun qiymətləndirməsinə görə,
“Rusiyada yanacaq böhranı
nə qəfil qəzaların, nə də sanksiyaların nəticəsidir — bu, ölkənin
enerji modelinin dərin deqradasiyasının göstəricisidir. Uzun illər
ərzində qeyri-kafi maliyyələşmə, texnoloji təcrid və idarəetmədə
səhv qərarlar bir vaxtlar gəlirli sənayeni inersiya ilə ayaqda
duran, köhnəlmiş sistemə çevirdi.”
Hesabatda qeyd olunur ki, Rusiyanın neft emalı zavodları əsasən
ölkənin Avropa hissəsindəki bir neçə sənaye mərkəzində cəmlənib və
texnoloji cəhətdən geri qalır. Bu zavodların bir neçəsi
fəaliyyətini dayandırdıqda, ölkə daxili istehsal gücünün
əhəmiyyətli hissəsini faktiki olaraq itirdi.
“Sentyabrda hökumət benzin ixracını qadağan etməklə
vəziyyəti sabitləşdirməyə çalışdı. Lakin bu addım əksinə, böhranı
dərinləşdirdi. Çünki sektorda xroniki itkilərin kompensasiyası və
qismən modernləşmə üçün lazım olan maliyyə mənbəyi məhz ixrac
satışlarından gəlirdi. İndi isə xarici valyuta gəlirləri
kəsildiyindən, müəssisələr istehsalın bərpası üçün resurslardan
məhrumdurlar, daxili bazarda qiymətlərin inzibati tənzimlənməsi isə
süni qıtlıq yaradır,” – deyə hesabatda
vurğulanır.
Qurum əlavə edir ki,
“benzinin bahalaşması nəqliyyat
xərclərini artırır və bu, birbaşa istehlak mallarının qiymətinə
təsir edir. Bu vəziyyət Rusiyada ƏDV-nin artımı ilə birlikdə
inflyasiyanın kəskin sürətlənməsi riskini yaradır. Rəsmi statistika
bu təsiri gizlətməyə çalışacaq, lakin insanlar bunu birbaşa öz
ciblərində hiss edəcəklər.”
Xatırladaq ki, BBC-nin hesablamalarına görə, Ukrayna pilotsuz uçuş
aparatlarının Rusiya neft emalı zavodlarına hücumlarından sonra
ölkənin ən azı 57 regionu, yəni yarıdan çoxu yanacaq qıtlığından
əziyyət çəkir.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.