Mirzoyan erməni məhbusların məsələsini Azərbaycan rəsmiləri ilə müzakirə etdiyini deyir
Bakıda saxlanılan məhbusların azad edilməsi məsələsi Şarm əl-Şeyxdə Azərbaycan tərəfi ilə müzakirə olunub. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 14-də Finlandiyadan həmkarı ilə birgə mətbuat konfransında deyib.

"Bu istiqamətdə hər gün iş aparılır. Bəzən bu iş gözə çarpmır, bəzən isə effektiv olmur, yoxsa çoxdan həll olunardı. Amma səylərimizi dayandırmırıq və dünən Şarm əl-Şeyxdə Qəzza
sülh sammiti çərçivəsində bu məsələni Azərbaycan tərəfdaşlarımızla yenidən müzakirə etdik",
– Mirzoyan söyləyib.

Nazir Azərbaycan rəsmilərinin reaksiyası barədə bir söz deməsə də, yaxın gələcəkdə bu mövzuda "yaxşı" xəbərlərin olacağına ümidini bildirib.

Oktyabrın 13-də A.Mirzoyan Misirdə Azərbaycanın prezidentinin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Ermənistanın baş naziri Nikol Paşinyanın isə Azərbaycan prezidenti ilə ayaqüstü söhbəti olub.

Rəsmi məlumatlara görə, Bakı həbsxanalarında 23 erməni məhbus saxlanılır. Onlardan bəziləri müxtəlif ittihamlarla azadlıqdan məhrum edilib. Qarabağın keçmiş separatçı liderlərinin məhkəməsi isə səkkiz aydır davam edir.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib. Bu il avqustun 8-də Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google