Bakıda saxlanılan məhbusların azad edilməsi məsələsi Şarm əl-Şeyxdə
Azərbaycan tərəfi ilə müzakirə olunub.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın
14-də Finlandiyadan həmkarı ilə birgə mətbuat konfransında
deyib.
"Bu istiqamətdə hər gün iş aparılır. Bəzən bu iş gözə
çarpmır, bəzən isə effektiv olmur, yoxsa çoxdan həll olunardı. Amma
səylərimizi dayandırmırıq və dünən Şarm əl-Şeyxdə Qəzza sülh
sammiti çərçivəsində bu məsələni Azərbaycan tərəfdaşlarımızla
yenidən müzakirə etdik", – Mirzoyan söyləyib.
Nazir Azərbaycan rəsmilərinin reaksiyası barədə bir söz deməsə də,
yaxın gələcəkdə bu mövzuda "yaxşı" xəbərlərin olacağına ümidini
bildirib.
Oktyabrın 13-də A.Mirzoyan Misirdə Azərbaycanın prezidentinin
köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramovla
görüşüb. Ermənistanın baş naziri Nikol Paşinyanın isə Azərbaycan
prezidenti ilə ayaqüstü söhbəti olub.
Rəsmi məlumatlara görə, Bakı həbsxanalarında 23 erməni məhbus
saxlanılır. Onlardan bəziləri müxtəlif ittihamlarla azadlıqdan
məhrum edilib. Qarabağın keçmiş separatçı liderlərinin məhkəməsi
isə səkkiz aydır davam edir.
2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi
əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini
bərpa edib. Bu il avqustun 8-də Ermənistan və Azərbaycanın xarici
işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.