“Gürcü Arzusu” partiyasının deputatı Savalan Mirzəyevin həyatından bəhs edən kitab işıq üzü görüb
“Nurlu Yolun Yolçusu” — “Gürcü Arzusu” partiyasının deputatı Savalan Mirzəyevin həyatından bəhs edən kitabın adı belədir. Müəllif Maya Həsənova “Marneuli” radiosuna niyə Savalan Mirzəyev haqqında kitab yazdığından danışıb.

Həsənovanın sözlərinə görə, o, gənclərə ləyaqətli və vicdanlı vətəndaşın necə olması, həmçinin Gürcüstanla Azərbaycan arasında dostluq bağlarının möhkəmləndiyini göstərmək üçün Mirzəyev haqqında kitab yazmaq qərarına gəlib.

“Kitabda Savalan müəllimin
etdiklərinin yarısını belə yazmamışam. Sadəcə, onun necə bir insan olduğu qeyd olunub. Mən onun Gürcüstan və Azərbaycanla münasibətini göstərmək istəyirdim. Bu kitab iki dildədir — yarısı Azərbaycan, yarısı gürcü dilində. Bu kitab gələcəkdə gənc tələbələrimizə böyük stimul verəcək. Çünki bəzilərinin dediyinə görə, etnik azlıqların uşaqlarına maneələr var. Belə deyil. Ləyaqətli, vicdanlı Gürcüstan vətəndaşı olub layiqli vəzifəyə gələ bilərsən. Layiqli vətəndaş olmalısan və sənin dəyərin hər yerdə olacaq. Mən bunu demək istəyirdim. Mən hər kəsə onun nə qədər xeyriyyəçilik etdiyini göstərə bilmərəm, bunun üçün neçə cildlik kitab olmalıdır?”
– deyə Maya Həsənova bildirib.

Hüseynova deyir ki, Savalan Mirzəyev onun həmkəndlisidir. Buna görə də onu yaxşı tanıyır və “Gürcü Arzusu” deputatının etdiyi bütün yaxşı işlərdən xəbərdardır. Onun sözlərinə görə, Mirzəyev kitabın yazıldığından xəbərsiz olub.

“Onu yaxşı tanıyıram və bunu etmək istəməyəcəyini də bilirdim. Kitab üzərində işlədiyimi ona bildirməmək üçün çox çalışdım, çünki imtina edəcəyini bilirdim. Dostlarımdan da heç nə deməmələrini xahiş etdim. Çox çalışdım ki, haradansa eşitməsin. Eşidəndə isə mənə kitabın təqdimatını etməyi qadağan etdi və əsəbləşdi. Dedi ki, istəmirəm, lazım deyil. 'Gənclər üçün nəsə yazmaq istəyirsinizsə, başqa şey yazardınız, mənim addımlarımdan yox. Mən isə dedim ki, nümunə göstərə biləcəyim bir namizədi seçdim. Üzr istəyirəm, tanımadığım biri haqqında yaza bilmərəm. Əgər haqqım varsa və bildiyimi yazmalıamsa, yalan yaza bilmərəm. Buna görə də illərdir bizim yanımızda olan bir insan kimi sizi seçdim”, – müəllif bildirib.

“Gürcü Arzusu”nun deputatı haqqında yazılan kitabın müəllifi bildirir ki, Kvemo Kartlidə gənclərlə dörd görüş keçirməyi planlaşdırır. Orada arzu edənlərə kitab paylanılacaq. O, əlavə edib ki, kitabın təqdimatının və gənclərlə görüşlərin nə vaxt keçiriləcəyini hələ planlaşdırmayıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google