Rusiyanın Ukraynaya dron hücumlarında azı dörd nəfər həlak olub,
onlarla yaralı var.
Xarkovda xəstəxana kompleksi də vurulub.
Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov oktyabrın 14-də deyib
ki, Rusiya qüvvələri ötən gecə şəhəri və yaxınlıqdakı səkkiz
məntəqəni atəşə tutub, azı 62 nəfər xəsarət alıb.
Xarkovun meri İqor Terexovun sözlərinə görə, Rusiyanın qanadlı
bomba hücumu zamanı xəstəxanadakı 57
pasiyent başqa tibb ocağına
köçürülüb. Şüşənin qırılması nəticəsində altı nəfər xəsarət
alıb.
Ukrayna prezidenti Volodimir Zelenski zərbəni pisləyib,
"həyatların xilas olunduğu məkana tamamilə terrorçu, sinik
hücum" adlandırıb.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa isə X platformasında
Xerson vilayətində BMT humanitar konvoyuna Rusiyanın hücum etdiyini
yazıb.
BMT yardım konvoyuna Rusiyanın dron zərbəsini pisləyib,
"tamamilə qəbuledilməz" adlandırıb.
Donetsk və Zaporojye vilayətlərində isə Rusiyanın zərbələrindən
hərəsində iki olmaqla dörd sakin öldürülüb.
Rusiya aylardır Ukraynanın şəhərlərini və infrastrukturunu hədəfə
alır. Moskva mülki hədəfləri bilərəkdən vurmadığını desə də, bunun
əksini göstərən dəlil sayı artır.
10 oktyabr
Kiyevin şərqində elektrik kəsilib
Oktyabrın 10-na keçən gecə Rusiyanın hücumları Kiyevin şərqində
elektrikin kəsilməsinə səbəb olub. Ukrayna paytaxtının mərkəzində
isə çoxmərtəbəli binada yanğın baş verib. Rəsmilərin ölkənin enerji
infrastrukturuna zərbə endirildiyini deyirlər.
Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki,
şəhərin mərkəzi rayonlarından birində çoxmərtəbəli binanın 6-cı və
7-ci mərtəbələrinə dron zərbəsi yanğına səbəb olub. Hücumda həm
dronlardan, həm də raketlərdən istifadə edilib.
Onlayn video və fotolarda yanan mənzillər, yanğınsöndürənlərin
alovu söndürməyə çalışdığı görünür.
Kiyevin meri Vitali Kliçko doqquz nəfərin xəsarət aldığını,
onlardan beşinin xəstəxanaya yerləşdirildiyini bildirib. Onun
sözlərinə görə, şəhərin şərq rayonlarında elektrik kəsilib:
"Paytaxtın sol sahili işıqsız qalıb. Su təchizatında da
problemlər var".
Ukrayna Hərbi Hava Qüvvələri hücumu
"kütləvi"
adlandırıb. Paytaxt üzərində bir neçə partlayış və dron səsləri
eşidilib.
Energetika naziri Svetlana Qrinçuk hücum nəticəsində ölkənin enerji
infrastrukturuna da ziyan dəydiyini açıqlayıb.
Ukraynanın cənub-şərqdə yerləşən Zaporojye şəhərində də gecə
saatlarında bir neçə obyektə dron hücumları olub. Vilayət
qubernatoru İvan Fyodorov bildirib ki, hücumda yaralanmış 7 yaşlı
uşaq xəstəxanada vəfat edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.