Dövlətə xəyanət maddəsi ilə Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbər cinayət məsuliyyətinə cəlb edildi
Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmə xüsusilə ağır cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb edilmiş Mehdiyev haqqında verilmiş vəsatəti təmin edib və ev dustaqlığı tətbiq olunub.

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn
əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

R. Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasına rəhbərlik edib, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsini icra edib.
Print Email
FaceBook Twitter Google