İsrail Qəzza ilə Misir arasındakı "Rəfah" sərhəd-keçid məntəqəsinin
açılmasına qərar verib.
Bu keçidlə Qəzzaya humanitar yardım daşınır. Təl-Əviv qərarı dörd
girovun cəsədlərinin qaytarılmasından sonra verib. Oktyabrın 15-də
İsrailin "Kan" ictimai yayımçısı bu haqda məlumat yayıb.
İsrail Qəzzaya daxil olan yardım yük maşınlarının sayını yarıya
endirmək qərarını da ləğv edib.
ABŞ və Aİ-nin terrorçu təşkilat saydığı HƏMAS israilli girovların
cəsədlərini İsrailə təhvil verməyə başlayıb. Təl-Əviv
HƏMAS-ın bu
öhdəliyini pozduğunu deyərək Qəzzaya buraxılan humanitar yardım
maşınlarının sayını yarıya endirəcəyini açıqlamışdı. Bundan sonra
cəsədlər təhvil verilməyə başlayıb.
HƏMAS silahı yerə qoyacaqmı?
"Reuters" yazır
ki, HƏMAS döyüşçüləri Qəzza küçələrində yüzlərlə təhlükəsizlik
qüvvəsi yerləşdirib, İsraillə əməkdaşlıqda ittiham etdiyi bir neçə
nəfəri edam edib. Bununla da qruplaşma Qəzzada nəzarəti bərpa
etdiyini göstərməyə çalışıb.
Amma ABŞ prezidenti Donald Trampın sülh planında HƏMAS-ın
silahsızlaşdırması tələbi yer almışdı.
"Silahlarını yerə qoymasalar, biz onların silahlarını
alarıq. Bu, tez və ola bilər zorakı şəkildə baş
versin", – Tramp Knessetdə çıxışından bir gün sonra
Ağ evdə deyib.
İsrail baş naziri Benyamin Netanyahu isə demişdi ki, müharibə
yalnız HƏMAS silahlarını təhvil verib Qəzzaya nəzarətdən imtina
etdikdən sonra başa çata bilər. HƏMAS bu tələbi rədd edib.
Tramp oktyabrın 13-də İsrail parlamentində
çıxışında "yeni Yaxın Şərqdə tarixi sübh"ün açıldığını elan edib.
Həmin gün İsrail və HƏMAS 20 sağ israilli girovla 2 minədək
fələstinli məhbusu dəyişiblər.
Öldürülmüş 28 girovun meyitinin qaytarılması ilə sülh
razılaşmasının daha bir bəndidir. HƏMAS artıq səkkiz meyiti
qaytarıb, Qəzzada azı 19 öldüyü güman edilən girovun meyiti qalır,
bir nəfər itkin düşmüş sayılır.
Qəzzada qətllər davam edir, atəşkəsə
baxmayaraq...
Fələstinin təhlükəsizlik rəsmiləri son
günlər HƏMAS döyüşçüləri ilə rəqibləri arasında toqquşmalarda
onlarla insanın öldürülüyünü deyirlər.
İsrailin dronları isə Qəzzanın şərqində evlərini yoxlamağa gedən
beş fələstinlini öldürüb. Xan Yunis yaxınlığına İsrailin
zərbəsindən bir nəfər ölüb, biri yaralanıb. Bunu Qəzzanın səhiyyə
orqanları bildirir.
HƏMAS İsraili atəşkəsi pozmaqda ittiham edir. İsrail ordusu isə
atəşkəs xəttini keçənlərə atəş açıldığını bildirib.
2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib,
təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu
hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O
vaxtdan bəri Qəzzada 65 mindən çox insanın öldürüldüyü
bildirilir.
2007-ci ildən Qəzza zolağında ABŞ və Aİ-nin terrorçu təşkilat kimi
tanıdığı, İsraillə müharibə vəziyyətində olan HƏMAS qruplaşması
hakimiyyətdədir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni
xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415