Moskva aktiv ehtiyatda olan hərbiçilərini Ukraynada döyüşlərə cəlb
edə biləcək.
Bu, Rusiya Müdafiə Nazirliyinin hazırladığı, parlamentin tezliklə
təsdiqləyəcəyi gözlənilən dəyişikliklərdə nəzərdə tutulub.
Müdafiə Nazirliyi (MN) Ukraynadakı qüvvələrinin sayını daha çevik
artıra biləcək. Prezident Vladimir Putin isə MN ilə könüllü
müqavilə bağlamış ehtiyatda olan hərbçiləri çağıraraq qüvvələri
yeniləyə biləcək. Bu isə daha bir genişmiqyaslı səfərbərlik elan
etmədən Ukraynadakı
qüvvələri artırmağa imkan yaradacaq.
Müharibə Araşdırmaları İnstitutu (ISW) yazır ki, dəyişikliklər
rezervistlərin döyüşə daha tez göndərilməsini mümkün edəcək.
Əvvəllər bundan ötrü rəsmi müharibə və ya səfərbərlik elan olunması
tələb olunurdu.
ISW bildirir ki, bu dəyişikliklər Rusiyaya könüllü müqaviləli
döyüşçülərə böyük maliyyə bonusları verməkdən daha ucuz başa
gəlməsinə yol açacaq.
Qurumun yazdığına görə, mövcud səfərbərlik sistemi səmərəsini
itirmək üzrədir və Ukraynada yüksək itkilər Kremli məcburi ehtiyat
çağırışlarına keçməyə vadar edir.
İki ay təlim və döyüş
bölgəsinə
Dəyişikliklərdən birində "xüsusi toplanışlar"
adlı yeni bir kateqoriyanın yaradılması nəzərdə tutulur. Bu
toplanışlar çərçivəsində ehtiyatda olanlara maksimum iki ay təlim
keçəcək və xaricə, döyüş bölgəsinə göndərəcəklər. Bundan əlavə,
Putin onları Kremlin "terrorçuluğa qarşı əməliyyatlar" adlandırdığı
xüsusi tapşırıqlara da səfərbər edə biləcək.
Rusiyalı deputatlar hazırda ölkənin aktiv ehtiyat qüvvələrində
təxminən 2 milyon nəfərin olduğunu deyirlər.
Onlar hər il hərbi təlimlərə qatılır, aktiv ehtiyatda olduqları
üçün maaş alırlar. Yeni qanunlara əsasən, çağırıldıqları halda
əlavə ödənişlər də alacaqlar. Bu barədə RBC və digər dövlət mediası
yazır.
Bu addım Rusiya ordusunda qüvvə çatışmazlığı fonunda atılır. Bəzi
hesablamalara görə, Ukraynadakı müharibədə Rusiyadan ölən və
yaralananların sayı 1 milyondan çoxdur.
Müdafiə Nazirliyinin hazırladığı dəyişiklikləri oktyabrın 13-də
Qanunvericilik Fəaliyyəti Komissiyası dəstəkləyib.
Xaricə də göndərəcəklər
Parlamentin müdafiə
komitəsi sədrinin müavini Aleksey Juravlyov deyib ki, dəyişikliklər
ehtiyatda olan hərbçilərdən istifadə anlayışını genişləndirəcək,
indiyədək bu potensialdan yalnız hərbi vəziyyət və ya səfərbərlik
zamanı istifadə edilə bilərdi: "Biz çox real və genişmiqyaslı döyüş
əməliyyatlarında iştirak edirik… lakin rəsmi olaraq müharibə elan
olunmayıb".
Digər bir dəyişiklik ehtiyatda olanların xaricə göndərilməsinə də
icazə verir.
ISW qeyd edir ki, bu dəyişikliklər təsdiqləndikdən sonra Kreml
böyük ehtimalla rəsmi müharibə, yaxud məcburi səfərbərlik elan
etmədən ardıcıl şəkildə ehtiyat çağırışları gerçəkləşdirəcək.
Parlamentin müdafiə komitəsinin sədri Andrey Kartapolovun dediyinə
görə, qanun dəyişdikdən sonra Putin ehtiyatdakı hərbiçiləri Rusiya
ərazisindən kənara, o cümlədən Ukraynanın Sumı və Xarkov
bölgələrinə göndərə biləcək.
Rusiya Ukraynadakı qüvvələrini Şimali Koreyadan gələn xarici
döyüşçülərlə də gücləndirir, sosial mediada aldadıcı reklamlarla
imkansız Kuba vətəndaşlarını da orduya cəlb etməyə çalışır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.