Rikotinin yeni magistralını keçmək 35 dəqiqə çəkəcək

"Rikotinin yeni magistralını keçmək 1 saat 20 dəqiqə əvəzinə 35 dəqiqə çəkəcək,” – bu barədə Gürcüstan hökumətinin yaydığı məlumatda bildirilir.


“Misilsiz, əsrin layihəsi sona yaxınlaşır. Şərq-Qərb Beynəlxalq Magistralının ən çətin hissəsi, Rikoti sürətli yolu dörd hissəyə bölünərək inşa olunur.
Hazırda avtomobil nəqliyyatı üçün tam açıqdır: Xevi-Ubisa, Ubisa-Şorapani və Şorapani-Arqveta 4-zolaqlı hissələr. Həmçinin nəqliyyat artıq Çumateli-Xevi 11 km-lik hissənin 7 km-də hərəkət edir.
Ümumilikdə, avtomobil nəqliyyatı Rikoti magistralının 96%-indən artıq istifadə edir,”
– məlumatda qeyd olunur.

Hökumətin bildirdiyinə görə, magistral bütün yaşayış məntəqələrinin yanından keçir.

“Rikoti magistralı ətraf yaşayış məntəqələrini keçərək, tranzit hərəkəti azaldır, o cümlədən Zestafoni şəhərini. Vaxtı azaldır – yeni magistralı keçmək 1 saat 20 dəqiqə əvəzinə 35 dəqiqə çəkəcək,” –
məlumatda deyilir.

Xatırladırıq ki, Rikoti magistralının tikintisi 52 km yeni 4-zolaqlı yol, 51 tunel və 97 körpünü əhatə edir. Hazırda avtomobil nəqliyyatı artıq 48
km-lik yeni yol (50 tunel və 91 körpü) ilə hərəkət edir, bu da səyahət məsafəsini 8 km azaldır və hərəkət vaxtını yarıya endirir.

Layihənin ümumi dəyəri təxminən 2,6 milyard lari təşkil edir və Asiya İnkişaf Bankı (ADB), Avropa İnvestisiya Bankı (EIB), Dünya Bankı (WB) kreditləri və Gürcüstan büdcəsinin birgə maliyyəsi ilə həyata keçirilir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google