4 oktyabr aksiyası ilə əlaqədar saxlanılan 64 yaşlı Konstantine
Kokaianın qızı, Nini Kokaia, “Azadlıq Radiosu”na bildirib ki,
vəkilin məlumatına görə, atasının bir gözü artıq görmür.
Nini Kokaianın sözlərinə görə, 4 oktyabr gecəsi aksiyada atasına
bibər qazı sıxılıb və bu, görmə zəifləməsinə səbəb olub. Onların
fikrincə, bu, müvəqqəti problem idi:
“Tez yardım da çağırmışdıq o vaxt. Elə bilirdik,
problem keçici idi. Amma bu gün vəkil həbsxanadan çıxdıqdan sonra
bizə dedi ki, atam bir gözündən artıq görmür. Atam ona demişdi ki,
bir gözümlə artıq görə bilmirəm.”
Onun sözlərinə görə, atasının səhhəti həbsxanada daha da pisləşib —
onun ürəyindən əməliyyatı olub, amma hələ də yanına həkim
buraxılmayıb:
“Artıq bir neçə gündür deyir ki, nəfəs darlığı, baş
ağrısı, yüksək təzyiq, sol tərəfdə keyimə var — həm əl, həm ayaqda.
Atamın ürəyinə beş stent buraxılıb, amma hələ də yanına həkim
gəlməyib, müayinə də etməyiblər. İndi buna görmə itkisi də əlavə
olunub,” — deyə Nini Kokaia bildirib və tələb edib
ki, atasının yanına müvafiq ixtisaslı həkimlər daxil olub,
vəziyyətini yoxlasınlar.
Konstantine Kokaia 9 oktyabrda saxlanılıb. İstintaq ona “strateji
və xüsusi əhəmiyyətli obyekti ələ keçirmə cəhdi” və “qrup halında
zorakılıq” ittihamları irəli sürüb. Günahı sübuta yetirilsə, 64
yaşlı kişini 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. O,
hazırda barəsində seçilmiş həbs qətimkan tədbiri ilə
saxlanılır.
4 oktyabrda, Gürcüstanda yerli seçkilər günü, “hakimiyyətin dinc
yolla devrilməsi” tələbi ilə Tbilisidə aksiya keçirilmişdi.
İştirakçılar əvvəlcə Azadlıq Meydanında toplanmış, sonra prezident
administrasiyasının yerləşdiyi Atoneli küçəsinə keçmişdilər. Bəzi
iştirakçılar dəmir baryeri aşaraq həyətə daxil olmuş, polis onları
oradan çıxarmışdı.
Daxili İşlər Nazirliyi həmin hadisələrlə bağlı Cinayət Məcəlləsinin
dörd maddəsi üzrə iş açıb:
• 317: Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış;
• 187: Əmlakın zədələnməsi və ya məhv edilməsi;
• 222: Strateji və xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsi və
ya blokadası;
• 225: Qrup halında zorakılığın təşkili, rəhbərliyi və ya
iştirak.
Həmin gecə aksiyanın təşkilat komitəsinin beş üzvü — Paata
Mancqaladze, Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze və
Laşa Beridze də saxlanılmışdı. Hakim Lela Maridaşvili onların
hamısı barəsində həbs qərarı çıxarmışdı.
Sonrakı günlərdə DİN hər gecə brifinq keçirərək yeni
saxlanılanların sayını açıqlayırdı — ümumilikdə, təşkilat
komitəsinin beş üzvü ilə yanaşı, daha 41 nəfər saxlanılıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.