2025-ci ilin yanvar-sentyabrında Azərbaycanda 20.7 milyon ton neft
(kondensatla birlikdə) hasil edilib.
Bu barədə bu gün, oktyabrın 15-də Energetika Nazirliyi məlumat
yayıb.
Məlumatda qeyd edilir ki, hasilatın 12 milyon tonu
"Azəri-Çıraq-Günəşli"nin, 2.9 milyon tonu (kondensat) "Şahdəniz"in,
0.4 milyon tonu (kondensat) "Abşeron" yatağının payına düşüb.
Azərbaycan Dövlət Neft Şirkəti-SOCAR üzrə neft (kondensatla
birlikdə) hasilatı 5.4 milyon tona
yaxındır.
Bu dövrdə 17.4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql
olunub. Bunun 14.9 milyon tonu konsorsiumların, 2.1 milyon tonu
SOCAR-ın, 0.4 milyon tonu isə "Abşeron" yatağının payına düşüb.
Beləliklə, bəlli olur ki, ötən illə müqayisədə neft hasilatında
azalma var (-4.2 faiz). Ötən ilin doqquz ayında bu rəqəm 21.6
milyon ton olmuşdu.
Son illər Azərbaycanda "qara qızıl"ın hasilatı azalır. Bütünlükdə
ötən il bu göstərici 29.1 milyon ton olub.
Ölkədə hasilatın pik dövrü 2009-cu ildə olub, 50.9 milyon ton neft
hasil edilib.
Amma təkcə neft hasilatı yox, onun qiyməti də düşür. Aparılan
hesablamalara görə, ötən il ərzində Azərbaycan neftinin orta
qiyməti 82.87 ABŞ dollarına bərabər olub. Bu il isə bu rəqəm 70
dollardan cüzi artıqdır.
Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür.
İqtisadçılar hesab edirlər ki, nə qədər ki Azərbaycanda qeyri-neft
sektoru real şəkildə inkişaf etməyib, "qara qızıl"ın hasilatının
azalması və dəyərinin düşməsi tənəzzülə yol aça bilər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.