İran gəmiləri Azərbaycana gəlib. Bu barədə oktyabrın 15-də məlumat
yayan Azərbaycan Müdafiə Nazirliyi (MN) bunu "AZIREX-2025" birgə
axtarış-xilasetmə təlimi ilə izah edib.
"Təlimdə iştirak etmək məqsədilə İran İslam Respublikası Ordusunun
Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus gəmilər və heyət ölkəmizin
ərazi sularına daxil olaraq görüş nöqtəsinə gəlib. Gəmilərin
təntənəli qarşılanma mərasimi keçirilib", - məlumatda
vurğulanır.
MN əlavə
edir ki, sonra İran Ordusunun HDQ-sinin nümayəndə heyəti
ilə Azərbaycan HDQ komandanı arasında görüş keçirilib:
"Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin
genişləndirilməsi və "AZIREX-2025" birgə axtarış-xilasetmə
təliminin təşkilinə dair məsələlər müzakirə olunub... Birgə təlimin
əsas məqsədi Xəzər dənizində təhlükəsizliyin təmin olunması,
axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı əlaqə və
koordinasiyanın gücləndirilməsidir".
Təlimin nə vaxt başlayacağı və nə vaxt başa çatacağı
açıqlanmayıb.
Azərbaycan Müdafiə Nazirliyi ilə İran Silahlı Qüvvələrinin Baş
Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa
dair birgə komissiyanın iclasının protokoluna əsasən, "AZIREX-2024"
birgə taktiki təliminin isə ötən ilin noyabrında keçirildiyi
açıqlanmışdı. Həmin vaxt Azərbaycan gəmiləri İranın Ənzəli limanına
yola düşmüşdülər.
Azərbaycanın İranla 2024-cü ilə qədər münasibətlərində müəyyən
gərginlik olub. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə
yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar
doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı
səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə
nəticəsində səfirliyin bir əməkdaşı həlak oldu, ikisi xəsarət aldı.
Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma
müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də
keçiriblər.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.