Fin mediası: Elina Valtonen Gürcüstanın baş naziri ilə planlaşdırılmış görüşü qrafik dəyişikliklərinə görə öz təşəbbüsü ilə ləğv edib
Finlandiyanın Helsingin Sanomat nəşrinin məlumatına görə, Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonen bildirib ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşün ləğvi Gürcüstanın deyil, Finlandiyanın təşəbbüsü ilə baş verib. O, qeyd edib ki, bu barədə Gürcüstan tərəfinə dünən gecə məlumat verilib.

Eyni zamanda, Valtonen Gürcüstan hökumətinin bəyanatını təkzib edib və bildirib ki,
o, heç bir seçki tədbirində iştirak etməyib və yalan məlumat yaymayıb:

“Mən sadəcə olaraq, Gürcüstanda həftələr və aylar boyu keçirilən etirazları görmək istədim. Söz azadlığına dəstəyimi ifadə etmək istəyirdim,” – deyə Finlandiya mediası Valtonenin sözlərini sitat gətirir.

Jurnalistlərin Gürcüstan hökumətinin reaksiyası barədə sualına cavabında Valtonen deyib:

“Bu, Gürcüstan hökumətinin qərarıdır — necə reaksiya verəcəkləri onların işidir. Təəssüf ki, mən özüm görüşü ləğv etməli oldum ki, Azərbaycanda planlaşdırılmış görüşlərimi keçirə bilim.”

Fin mediasının yazdığına görə, Valtonen Gürcüstandan planlaşdırılandan daha erkən gedib ki, Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirsin. Bu görüşlər onun səfərinin əvvəlində nəzərdə tutulmuşdu, lakin Azərbaycan rəhbərliyi Misirə — ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsi ilə bağlı sülh konfransına qatılmağa gedəndə, plan təxirə salınmışdı.

Xatırladaq ki, Gürcüstan hökumət administrasiyasının məlumatına görə, baş nazir İrakli Kobaxidze ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə planlaşdırılan görüşü ləğv edib.

“Dünən, qanunsuz mitinqdə iştirakı və yalan bəyanatlar verdiyinə görə, baş nazir Finlandiyanın xarici işlər naziri ilə planlaşdırılmış görüşü ləğv edib,” – Gürcüstan hökumətinin açıqlamasında bildirilmişdi.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google