Vəkil: “Eldar Kurtanidze 4 ittihamdan yalnız birini — ailə üzvünə qarşı zorakılığı etiraf edir və peşmandır, lakin ağır təxribatın qurbanı olub. Cəmiyyət qarşısında bağışlanma istəyir” “Gürcü Arzusu” partiyasının sabiq deputatı Eldar Kurtanidze məhkəmənin
Vəkil: “Eldar Kurtanidze 4 ittihamdan yalnız birini — ailə üzvünə qarşı zorakılığı etiraf edir və peşmandır, lakin ağır təxribatın qurbanı olub. Cəmiyyət qarşısında bağışlanma istəyir”

“Gürcü Arzusu” partiyasının sabiq deputatı Eldar Kurtanidze məhkəmənin qərarı ilə həbsdə qalacaq.

Onun vəkili İvane Meparişvili “Interpressnews”a bildirib ki, Eldar Kurtanidze barəsində irəli sürülən 4 ittihamdan yalnız birini — ailə üzvünə
qarşı zorakılığı qəbul edir, digər üçünü isə inkar edir.

Mefarişvilinin sözlərinə görə, Kurtanidze cəmiyyət və ədalət qarşısında əməlindən peşmandır və bağışlanma istəyir:

“Luka Kurtanidzeyə 4 maddə üzrə ittiham irəli sürülüb: ailə üzvünə qarşı zorakılıq, əmlaka zərər vurma, mülkiyyət hüququnun pozulması və məhkəmənin uzaqlaşdırma qərarının pozulması. Biz bu ittihamların yalnız birini — ailə üzvünə qarşı zorakılığı (126-cı maddə) — qəbul edirik. O, zərərçəkən tərəfindən ağır təxribatın qurbanı olub, lakin öz davranışına görə peşmandır. Düşünür ki, reaksiyası qeyri-proporsional idi, Xatunaya ciddi xəsarət yetirməyib, sadəcə fiziki təmas olub. Lakin indi anlayır ki, özünü saxlaya bilmədi və buna görə peşmandır. Cəmiyyət və məhkəmə qarşısında günahını etiraf edir və ictimai şəxs kimi, nüfuz sahibi kimi bağışlanma istəyir.”

Vəkilin sözlərinə görə, növbəti məhkəmə iclası 29 oktyabr, saat 15:30-da keçiriləcək.

Xatırladaq ki, “Gürcü Arzusu” partiyasının sabiq deputatı Eldar (Luka) Kurtanidze barəsində istintaq 4 maddə üzrə aparılır. Sonradan mülkiyyət hüququnun pozulması ilə bağlı yeni maddə də əlavə olunub.
Ona qarşı ittihamlar:
  • Ailə üzvünə qarşı zorakılıq
  • Ailə üzvünün əmlakına qəsdən zərər vurma
  • Ailə üzvünə qarşı tətbiq edilən qoruyucu qərarın tələblərini yerinə yetirməmək
Bu hərəkətlərə görə 5 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulur.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google