“Qərarı yerinə yetirməyəcəyik”, - Rusiya prezidentinin mətbuat
katibi Dmitri Peskov bildirib.
Söhbət 2008-ci il avqust müharibəsindən sonra Rusiya tərəfindən
həyata keçirilən “sərhədlərin çəkilməsi” (bordelizasiya) prosesi
zamanı insan haqlarının sistemli pozuntularının qurbanı olan 29
mindən çox vətəndaşın xeyrinə 253,018,000 avro kompensasiyanın
ödənilməsindən gedir.
Peskov əlavə edib ki, bu məsələnin Rusiya-Gürcüstan
münasibətlərinin istiləşməsi ilə əlaqəsi yoxdur və “ayrı
mövzudur.”
Avropa İnsan Haqları Məhkəməsi “Gürcüstan Rusiyaya qarşı (IV)” işi
üzrə qərarı 2024-cü ilin aprelində çıxarıb, 2025-ci il 14 oktyabrda
isə kompensasiya məbləğini müəyyən edib.
Məhkəmə qərarına əsasən, Rusiya Gürcüstana ümumilikdə 253 milyon
avro ödəməlidir, o cümlədən:
- 224,25 milyon avro – evə, torpağa və ailəyə çıxışın
qanunsuz məhdudlaşdırılmasına görə;
- 20 milyon avro – təhsilin gürcü dilində alınması
hüququnun pozulmasına görə;
- 5,172 milyon avro – azadlığın qanunsuz
məhdudlaşdırılmasına görə;
- 1,98 milyon avro – işgəncə və pis rəftara
görə;
- 1,3 milyon avro – gücün həddindən artıq istifadəsinə
görə;
- 320 min avro – hərəkət azadlığının məhdudlaşdırılmasına
görə.
Avropa Şurasının Nazirlər Komitəsi vurğulayıb ki, Rusiya 2022-ci il
16 sentyabradək baş vermiş hadisələrə dair məhkəmə qərarlarını
yerinə yetirməyə hələ də borcludur.
Rusiya isə 2022-ci ilin martında Avropa Şurasından çıxarılıb və
həmin ilin sentyabrından etibarən İnsan Hüquqları Konvensiyasının
tərəfi deyil. Moskva ötən il Avropa Məhkəməsinin qərarlarını icra
etməyi dayandırıb.
Gürcüstan Ədliyyə Nazirliyi Strasburq Məhkəməsinin qərarını
“Rusiyaya qarşı qazanılmış tarixi işlərin məntiqi davamı”
adlandırıb.
Baş nazir İrakli Kobaxidze 14 oktyabrda bildirib ki, “müharibəni
Saakaşvilinin rejimi başlatsa da, bu qərar Rusiyanın pozduğu
konkret hüquqlara görə qəbul edilib.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.