Daxili İşlər Nazirliyinin məlumatına görə, son 24 saat ərzində
Tbilisidə və regionlarda 47 narkotik cinayətkar saxlanılıb.
DİN-in açıqlamasına əsasən, saxlanılanlar arasında həm Gürcüstan,
həm də digər ölkələrin vətəndaşları var.
“Saxlanılanların əksəriyyətinə narkotik vasitələrin
satışı, bəzilərinə isə xüsusilə böyük miqdarda narkotik maddələrin
qanunsuz alınması və saxlanması, qanunsuz satışına cəhd və bu işə
yardım etmə ittihamı irəli sürülüb. Bu cinayətlər 20 ilədək və ya
ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
[...] Saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə
vətəndaşları var.
[...] Toplanmış sübutlar və gizli audio yazılar göstərir ki,
satıcılar narkotik vasitələri müxtəlif üsul və yollarla
vətəndaşlara sistemli şəkildə satırdılar. Polis xüsusilə böyük
miqdarda narkotik maddə götürüb, o cümlədən “heroin”, “metadon”,
“alfa-PVP”, “suboksin”, “suboteks”, “metamfetamin”, “haşiş”,
“opium”, “marixuana” və kannabis bitkisi.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsi üzrə
aparılır,” – deyə bəyanatda qeyd olunur.
Mənbə: Tabula
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415