'Politico': Azərbaycan da Qəzzada sabitlik üçün qüvvə göndərə bilər
İndoneziya, Azərbaycan və Pakistan Qəzza zolağında gələcək sabitləşdirici qüvvəyə qoşulmağa əsas iddiaçılardır. Bunu "Politico" ABŞ-nin hazırkı və keçmiş müdafiə rəsmilərinə istinadla yazıb.

Vəzifədə olan rəsmi belə bir qüvvənin yaradılması üçün danışıqlar getdiyini, amma heç bir ölkənin öhdəlik götürmədiyini deyib. Amma daha çox marağı olduğunu deyən ölkələr var.

ABŞ prezidenti Donald Trampın Qəzzada sülhlə bağlı 20-bəndlik planında
ərəb və digər tərəfdaşlarla birlikdə müvəqqəti sabitləşdirici qüvvənin yaradılması da var. Bu qüvvənin Fələstin polisinə təlim keçəcəyi, onu dəstəkləyəcəyi bildirilir. ABŞ Qəzzada Amerika qüvvələrinin olmayacağını bildirib.

Türkiyənin müdafiə naziri Yaşar Güler ölkəsinin Silahlı Qüvvələrinin Qəzzada çoxtərəfli əməliyyat qüvvəsində iştiraka hazır olduğunu deyib.

"Politico" yazır ki, belə bir qüvvənin qurulması aylarla çəkə bilər. Bir çox diplomatlar və təhlilçilər Trampın planının indiki fazadan çıxacağına belə skeptik yanaşırlar. Hazırkı atəşkəs mərhələsində bütün girovların qaytarılması nəzərdə tutulub.

Dərgi Ağ evdən, İndoneziya, Pakistan və Azərbaycan səfirliklərindən məsələyə münasibət ala bilməyib.

Oktyabrın 13-də Misirdəki sülh sammitinə Azərbaycan prezidenti İlham Əliyev də qatılıb.

Keçmiş müdafiə rəsmisi deyib ki, İndoneziya və Azərbaycanla bu işin koordinasiyası Qəzzada sabitləşdirmə işinə mürəkkəblik qatır, çünki onlar ABŞ Mərkəzi Komandanlığı – CENTCOM-un məsuliyyət zonasına daxil deyillər. Bu komandanlıq Yaxın Şərq, Orta Asiya, Cənubi Asiyada hərbi əməliyyatlara cavabdehlik daşıyır.


ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşması həftənin əvvəlində 20 sağ israilli girovu qaytarıb, amma əsirlikdə ölmüş 28 girovun yalnız yeddisini təhvil verib. İsrail HƏMAS-ın razılaşmanı pozduğunu bildirib.

Hazırda ABŞ və müttəfiqləri planın növbəti fazasına – HƏMAS-ın tərksilahına çalışır.

2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 65 mindən çox insanın öldürüldüyü bildirilir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google