Rusiyanın neft şirkətləri "Transneft" boru kəmərləri şəbəkəsinə
tədarükləri azaltmayıb və bu il çatdırılmaların 2024-cü illə eyni
səviyyədə qalması gözlənilir.
Bunu "Transneft"in yüksək vəzifəli rəsmisi deyir.
Şirkətin birinci vitse-prezidenti Maksim Qrişanin jurnalistlərə
bildirib ki, "Transneft"in mümkün tədarük artımını qarşılamağa
yetərincə gücü var.
Rusiya OPEC və onun müttəfiqlərinin qərarlarına uyğun olaraq
hasilatı artıracağı gözlənilir. "Transneft" ölkədə hasil olunan
neftin 80 faizindən çoxunu nəql edir.
Qrişanin əlavə edib ki, vergi yükünün artması "Transneft"in nağd
pul defisitini artırır və şirkət bəzi layihələri təxirə salaraq
vəsaiti cari aktivləri dəstəkləməyə yönəltməli olur.
Ötən il Rusiya parlamenti "Transneft"in mənfəət vergisini
2025-2030-cu illər üçün 20 faizdən 40 faizə qaldırıb. Moskva bu
yolla Ukraynadakı təcavüzkar müharibəni maliyyələşdirməyə əlavə
vəsait axtarır.
Ukrayna və Rusiya bir-birinin enerji obyektlərinə qarşı hücumları
intensivləşdirib, iyuldan bəri münaqişənin həlli üzrə sülh
danışıqları dayanıb. Ötən ay Ukraynanın hücumları Baltik dənizi
sahilində yerləşən Primorsk limanından Rusiyanın neft ixracını
pozub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.