Gürcüstan Xarici İşlər Nazirliyi Elina Valtonenin Gürcüstana səfəri ilə bağlı narahatlığını ifadə edib

Gürcüstan Xarici İşlər Nazirliyi bildirir ki, Finlandiya Respublikasının xarici işlər naziri və ATƏT-in hazırkı sədri Elina Valtonenin Gürcüstana səfəri narahatlıq doğurur

və bu barədə ATƏT Katibliyinə və iştirakçı dövlətlərə rəsmi etiraz notası göndərilib.

Nazirliyin məlumatında qeyd olunur ki, Katibliyə göndərilən notada Gürcüstan tərəfi vurğulayır: Elina Valtonen rəsmi proqramdan kənar olaraq, hökumət əleyhinə fəalların təşkil etdiyi küçə
aksiyasına qoşulub və Gürcüstandakı vəziyyət barədə beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlmiş bəyanat səsləndirib.
Notada deyilir:
“Gürcüstanın Avstriyadakı səfirliyi və ATƏT, həmçinin Vyanadakı digər beynəlxalq təşkilatlarda daimi nümayəndəliyi ATƏT Katibliyinə dərin hörmətini bildirir və şərəf sayır ki, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin ATƏT-in hazırkı sədri qismində Gürcüstana səfəri ilə bağlı Gürcüstan hökumətinin narahatlığını ifadə etsin.
Səfər proqramına Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüş, işğal xəttinə səfər və vətəndaş cəmiyyətinin bir neçə nümayəndəsi ilə görüş daxil idi. Lakin Elina Valtonen 14 oktyabrda Tbilisinin əsas prospektini qanunsuz şəkildə bağlayan kiçik bir anti-hökumət qrupunun aksiyasına da qoşulub. Onun səsləndirdiyi ictimai bəyanat gerçəkliyi əks etdirmir və Gürcüstandakı vəziyyət barədə beynəlxalq ictimaiyyəti qəsdən yanlış yönləndirmək cəhdi kimi qiymətləndirilir.
Bu addımlar ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və sədr mandatının sui-istifadəsi kimi dəyərləndirilə bilər ki, bu da etimadı və gözlənilən neytrallığı zədələyir.
Belə davranış beynəlxalq hüququn ümumtanınmış prinsipləri — suverenliyə hörmət və daxili işlərə qarışmamaq ilə uyğun gəlmir. Bu prinsiplər Helsinkinin yekun aktında, BMT-nin A/RES/20/213 qətnaməsində, ATƏT-in qaydalarında və prosedurlarında əksini tapıb və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının ruhuna ziddir,”
—Gürcüstan Xarici İşlər Nazirliyinin notasinda deyilir.


Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google