Toplaşma və mitinqlərlə bağlı qaydaların pozulmasına görə cinayət məsuliyyəti azyaşlılara da şamil oluna bilər

Toplaşma və ya mitinqlərlə bağlı qaydaların pozulmasına görə azyaşlılar da cinayət məsuliyyətinə cəlb oluna bilərlər.


Bu halda azyaşlılara tətbiq olunan cinayət cəzası 1 ilə qədər islahedici iş və ya 1 ilə qədər həbs cəzası olacaq.

Bu istiqamətdə “Gürcü Arzusu” partiyasının qanun layihəsi ikinci oxunuş çərçivəsində yenidən işlənib.

Layihənin müəlliflərindən və təşəbbüskarlarından biri Arçil Qorduladze
Hüquq məsələləri komitəsinin iclasında izah edib ki, bu tədbir profilaktik xarakter daşıyır və azyaşlıların qanunsuz toplantı və mitinqlərdə iştirakının qarşısını almağa yönəlib.

Parlament dəyişiklikləri sürətli prosedurla müzakirə edəcək. Dəyişikliklərə əsasən:
• Toplantı və ya mitinq iştirakçısı ilk dəfə üzünü maska ilə örtərsə, gözyaşardıcı və ya zəhərli maddə daşısa, yolu bağlasa və ya müvəqqəti konstruksiya qursa, 15 günədək inzibati həbs cəzası tətbiq olunacaq.
• Əgər qanun pozucu aksiyanın təşkilatçısıdırsa, inzibati həbs 20 günədək olacaq.

Daxili İşlər Nazirliyinin tələbiylə dayandırılmalı olan toplantı və ya mitinqdə iştirak ilk halda 60 günədək inzibati həbslə nəticələnəcək. Eyni zamanda, toplantıda silah, pirotexnika və ya başqalarının həyat və sağlamlığına zərər vurmaq üçün istifadə edilən hər hansı obyekt daşıyan şəxslərə də 60 günədək inzibati həbs tətbiq ediləcək.

Cinayət məsuliyyətinə gəldikdə isə, “Gürcü Arzusu” qanun layihəsinə görə, yuxarıda göstərilən qadağan olunmuş hərəkətlərin təkrar edilməsi bir ilədək, üçüncü və hər növbəti eyni qanunsuz hərəkət isə iki ilədək cinayət məsuliyyətinə səbəb olacaq.

Bundan əlavə, Cinayət Məcəlləsinə yeni maddə əlavə olunur ki, bu maddəyə əsasən, hüquq-mühafizə orqanının əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni göstərişinə əməl etməyən şəxslər cinayət məsuliyyətinə cəlb ediləcək.


Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google