“İdxal və ixrac bahalaşacaq, bu da ərzaq qiymətlərinə təsir edəcək” – Gürcüstanlı sürücülərə qarşı Rusiyada yeni məhdudiyyətlər tətbiq olunub

“Gürcüstanlı sürücülərin yerinə Rusiyalı sürücülər və ya tamamilə rus nəqliyyat vasitələri istifadə ediləcək ki,

bu da həm ixracı, həm də idxalı bahalaşdıracaq və nəticədə ərzaq qiymətlərinə təsir edəcək,” – bunu “Tərəvəz və meyvə ixracçıları assosiasiyasının” rəhbəri Vaxtanq Bejitaşvili “Businesspressnews”a açıqlamasında bildirib.

Xatırladaq ki, Rusiya Federasiyasında Gürcüstan yük maşını sürücüləri üçün yeni qaydalar qüvvəyə minib. Dəyişikliklərə görə, sürücülərin
Rusiya ərazisində qalma müddəti 180 gün əvəzinə 90 gün müəyyən edilib. Bu müddət sürücülər üçün kifayət deyil və bəzi hallarda gürcülər deportasiya edilib. Nəticədə, onlar 5 il müddətində Rusiya ərazisinə daxil ola bilməyəcəklər.

Vaxtanq Bejitaşvilinin “Businesspressnews”a bildirdiyinə görə, Rusiya bunu etməklə Ukraynaya qarşı tətbiq olunan sanksiyalar şəraitində, Qərb ölkələrinə yük daşımaq imkanı olmadıqda belə, Gürcüstanda nəqliyyat fəaliyyətini aktivləşdirməyə çalışır ki, bu da onların iqtisadiyyatına kömək edəcək.

“Gürcüstanlı sürücülər iqtisadiyyatımıza böyük töhfə verirlər. Logistika baxımından ixracın çox əhəmiyyətli hissəsi nəqliyyatdır. Bu maşınlar həm ölkədən çıxıb yükləri daşıyır, həm də idxal olunan malları gətirir. Peşəkar kadr çatışmazlığı əvvəldən mövcud idi və vəziyyət daha da pisləşəcək. Çox sayda insan bu situasiyaya düşüb… demək olar ki, bir çoxu müəyyən sahədə işini itirib.
Rusiya öz nəqliyyat vasitələrini, müharibə və sanksiyalar səbəbindən, artıq Avropaya fiziki olaraq göndərə bilmir. Gürcüstan bazarı onların nəqliyyatı üçün böyük olmasa da, maksimum şəkildə istifadə etməyə çalışır. Digər çıxış yolu artıq yoxdur. Nəqliyyatı buraya yönəldərək, çətin vəziyyətdə olan iqtisadiyyatlarını bir qədər də olsa gücləndirməyə çalışırlar. Bizim iqtisadiyyatı zərərə qoymaqla öz iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq istəyirlər.
Bu mənfi tendensiya həm ixraca, həm də idxala təsir edəcək. Gürcüstanlı sürücülərin yerini Rusiyalı sürücülər və ya tamamilə rus nəqliyyat vasitələri əvəz edəcək. Bu, artıq çətin vəziyyətdə olan gürcü nəqliyyatına ciddi zərbə vuracaq. Nəticədə logistika baxımından ixrac və idxal bahalaşacaq, ixracın rəqabətli qiymətləri artacaq və həcm azalmaları da ola bilər. İdxalın bahalaşması isə ərzaq qiymətlərinə birbaşa təsir edəcək.
Təəssüf ki, Gürcüstan iqtisadiyyatı böyük ölçüdə Rusiyaya bağlıdır və nəqliyyat baxımından tamamilə Rusiyaya bağlı olmaq, iqtisadiyyatımızın bir sektorunun daha da pisləşməsinə səbəb olacaq,”
– deyə Bejitaşvili qeyd edib.

Assosiasiya rəhbərinin fikrincə, Gürcüstan tərəfi də müvafiq tədbirlər görməli və Rusiyalıların ölkədə qalma müddətini məhdudlaşdırmalıdır.
“Müvafiq xidmətlər işləməli və müəyyən əks-effekt yaratmalıdırlar. Əgər biz məhdudlaşdırılırıqsa, Rusiyalı vətəndaşların da Gürcüstanda qalma müddəti məhdudlaşdırılmalıdır ki, müəyyən güzəştlər əldə edə bilək,” – deyə Bejitaşvili bildirib.

Deportasiya edilmiş sürücülər Xarici İşlər Nazirliyindən kömək gözləyirlər. “Nəqliyyat dəhlizlərinin tədqiqat mərkəzi”nin məlumatına görə, Xarici İşlər Nazirliyinə Gürcüstanlı sürücülərin deportasiyası ilə bağlı müraciət daxil olub və müraciətə altı deportasiya edilmiş sürücünün sənədləri əlavə edilib.
“Müraciət edirik ki, Gürcüstanlı sürücülər üçün problemin optimal həlli yolu tapılsın,” – deyə müraciətdə bildirilir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google