İlham Əliyev Fransa ilə münasibətlərin düzəldiyini deyir
Azərbaycanla Fransa asında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qalıb. AZƏRTAC-ın xəbərinə görə, bunu prezidenti İlham Əliyev oktyabrın 16-da Fransanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən deyib.

Əliyev bu ayın əvvəlində Kopenhagendə Fransa prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq həmin görüşün nəticəsində iki ölkə arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli
gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının, habelə inkişaf etdirilməsinin önəminə toxunub.

Xəbərə görə, səfir də, öz növbəsində, Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti də vurğulanıb.

Əliyev oktyabrın 2-də Kopenhagendə Makron ilə görüşmüşdü. Həmin gün Danimarkanın paytaxtı Kopenhagendə Avropa İttifaqı (Aİ) liderləri bloka üzv olmayan ölkə başçıları ilə Avropa Siyasi Birliyinin (EPC) sammitində bir araya gəlmişdilər.

Xatırlatma
Səfir Sofi Laqut bu vəzifəyə bu ilin avqustunda təyin edilib. O bu postda Ann Buayonu əvəz edib.

Son illər Azərbaycan və Fransa arasında soyuq münasibətlər müşahidə edilirdi. Bakıda bəzi rəsmilər Parisi Azərbaycan-Ermənistan münaqişəsində birtərəfli olmaqda və müstəmləkəçilik siyasətində ittiham edirdi. Yaxın aylara qədər Bakıda həmin ittihamların səsləndiyi bir çox konfranslar da keçirilib. Fransa rəsmiləri isə Azərbaycan Ermənistan münaqişəsində neytral olduqlarını bildiriblər. Hətta Fransanın bəzi rəsmiləri Azərbaycan hakimiyyətinə yaxın olan bəzi qüvvələri onların daxili işlərinə qarışmaqda günahlandırıblar.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google