Jurnalist Nika Novak İrkutsk vilayətindəki 11 saylı Cəzaçəkmə
Müəssisəsində işgəncəli şəraitə etiraz olaraq aclıq aksiyasına
başladığını bildirib.
Novaka 2024-cü ilin noyabrında xarici təşkilatla məxfi əməkdaşlıq
ittihamı ilə 4 il həbs cəzası kəsilib. "SOTAvision" jurnalistin
cəzaçəkmə müəssisəsindəki ağır şəraitdən şikayətçi olduğunu
yazır.
Novosibirskdəki Dzerjinski məhkəməsində fasilədə o bildirib ki, onu
cərimə kamerasına salıblar, çünki koloniyada hər şeyin
yaxşı,
məhkumların məmnun olduğu barədə mediaya müsahibə verməkdən, eləcə
də tikişçi kimi işləməkdən imtina edib.
Dediyinə görə, sərt şəraitə keçirildikdən sonra ona məktubların
verilməsi dayandırılıb, koloniyanın əməkdaşları onu yeni qayda
pozuntularına təhrik edirlər: "Burada dörd nəfərik, bizə işgəncə
verirlər. Bir qızı iki gün döydülər. Döyüləndən sonra da təhrik
edirlər ki, onu daha insani şəraitə keçirməsinlər".
Novak bildirib ki, koloniyanın rəhbərliyinin münasibəti dəyişməsə,
ona bütün məktublar verilməsə, aqressiv kamera yoldaşı başqa yerə
köçürülməsə, aclıq aksiyasını davam etdirəcək. O həmçinin mediaya
və vətəndaşlara müraciət edərək koloniya ilə bağlı şikayətlər
yazmalarını istəyib. Jurnalistin sözlərinə görə, durum "bundan pis
ola bilməz", amma o, koloniya rəhbərliyi ilə heç bir əlaqə qura
bilmir. Novak sonuncu dəfə avqustun sonunda cərimə təcridxanasına
köçürüldükdən sonra aclıq elan etmişdi.
N.Novak "Chita Media"da çalışıb, sonra zab.ru saytının baş
redaktoru olub. 2021-ci ildən Çitada "İstedadlılar" mərkəzinə
rəhbərlik edib, orada musiqi və poeziya gecələri təşkil olunub.
2022-ci ildən AzadlıqRadiosu ilə ştatdankənar müxbir kimi
əməkdaşlıq edib.
Azad Avropa/Azadlıq Radiolarının prezidenti Stiven Kapus hökm elan
olunduqdan sonra Rusiyanı jurnalisti azad etməyə çağırıb:
"Rusiyada AzadlıqRadiosunun jurnalisti Nika Novaka
qarşı ədalətsiz hökmü qətiyyətlə pisləyirik. Bu siyasi motivli
ittihamlar ayrı-ayrı jurnalistləri susdurmaq və onlara təzyiq
niyyəti güdür".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.