Prezident Donald Trampın keçmiş müşaviri Con Bolton məxfi
informasiyanı paylaşmaqda ittiham olunur.
Bu ittiham Boltona oktyabrın 16-da irəli sürülüb.
Son həftələrdə artıq üçüncü dəfədir ABŞ Ədliyyə Departamenti
Trampın tənqidçilərinə cinayət ittihamı irəli sürür.
İttihamnamədə deyilir ki, Boltonun iki qohumu ilə paylaşdığı
elektron mesajlarda onun hökumətin aparıcı rəsmiləri, xarici
liderlər, kəşfiyyat brifinqlərindən yığdığı informasiya yer alıb.
Keçmiş
müşavirin qohumları ilə həmin materialın bir hissəsini
kitabına salmağı müzakirə etdiyi bildirilir. İttihamnamədə adları
çəkilməyən qohumları Bolton özünün redaktorları adlandırıb.
"Reuters" məsələdən agah iki nəfərə istinadla həmin qohumların
Boltonun həyat yoldaşı və qızı olduğunu yazıb.
"Qanuni davranışımı qorumaq və onun (Trampın)
səlahiyyətlərindən sui-istifadəsini ifşa etmək üçün mübarizəni
səbirsizliklə gözləyirəm", - Bolton açıqlamasında
deyib.
Vəkili isə bildirib ki, Bolton hər hansı informasiyanı qanunsuz
paylaşmayıb, yaxud yığıb saxlamayıb.
Prezident Tramp Boltonun ittiham olunması ilə bağlı jurnalistlərin
sualına "O, pis adamdır" cavabını verib.
Boltonla bağlı araşdırma Tramp administrasiyasından öncə, 2022-ci
ildə başladılıb.
Merilend ştatında federal məhkəməyə təqdim olunan ittiham aktında
Boltona qarşı milli müdafiə məlumatlarının ötürülməsi ilə bağlı
səkkiz, bu məlumatların saxlanması ilə bağlı 10 maddə üzrə ittiham
irəli sürülüb. Bu maddələrin hamısı Casusluq Aktının pozulması
sayılır.
Hər bir maddə üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulur. Ancaq
yekun cəzanı hakim müxtəlif amillərə əsaslanaraq müəyyən edir.
Trampın birinci prezidentlik müddətində onun milli təhlükəsizlik
müşaviri olmuş Bolton sonradan prezidentin sərt tənqidçilərindən
birinə çevrilib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər
yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin
həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.