Zelenskinin Trampla görüşü öncəsi Ukrayna dron hücumuna məruz qalıb
Ukrayna prezidenti Volodimir Zelenski doğma şəhəri Krivoy Roqun Rusiya dronlarının hücumuna məruz qaldığını deyir. Bu hücum onun Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşü öncəsi baş verib.

Zelenskinin sözlərinə görə, bu hücum Rusiyanın hələ də Ukraynanı "terror altında" saxladığını göstərir. O, Vaşinqtona çatandan sonra X platformasında yazıb ki, "son həftələr bircə gecə belə Rusiyanın hücumları olmadan
keçməyib", daha çox infrastruktur hədəf alınıb.

Ukrayna prezidenti əlavə edib ki, Rusiya müharibəni ancaq onu davam etdirmək imkanını itirəndə dayandırmalı olacaq.

Tramp və Zelenskinin Ukraynanın havadan müdafiəsini, uzaqmənzilli zərbə imkanlarını, həmçinin ABŞ-nin Ukraynaya "Tomahawk" raketləri vermə ehtimalını müzakirə edəcəyi gözlənilir.

Tramp oktyabrın 16-da qəfildən Rusiya prezidenti Vladimir Putinlə telefonla danışdığını, onların Budapeştdə görüşməyə razılaşdıqlarını elan edib. Macarıstan baş naziri Viktor Orban X sosial şəbəkəsində bu görüşə ev sahibliyi etməyə hazır olduqlarını yazıb. Gələn həftə isə iki ölkənin yüksək səviyyəli müşavir heyətləri görüşəcək.

Krıma dron zərbəsi endirilib, neft bazası yanır
Oktyabrın 17-nə keçən gecə Ukrayna Rusiyanın ilhaq etdiyi Krımda obyektlərə dronlarla hücum edib. Krıma Rusiyanın rəhbər təyin etdiyi Sergey Aksyonovun dediyinə görə, bir neçə elektrik yarımstansiyası zədələnib və yarımadanın bir hissəsi işıqsız qalıb.

Yerli sakinlər Simferopolun Qvardeyskoye qəsəbəsində yanğının görüntülərini yayıblar. Ukraynanın "Supernova+" Telegram kanalı yazır ki, yanğın "Kedr" MMC-yə məxsus neft bazasında baş verib. Krym.Realii portalının məlumatına görə, bu şirkət yarımadadakı ən böyük yanacaqdoldurma stansiyası şəbəkəsinə və yanacaq daşıyan maşın parkının sahibidir.

Rəsmi mənbələr neft bazasına zərbə endirilməsi faktını, hələlik, təsdiqləməyib.


Rusiya Müdafiə Nazirliyi Krım üzərində Ukraynanın 32 dronunun vurulduğunu açıqlayıb.

Ötən gecə Rusiyanın Avropa hissəsində 10-dan çox hava limanında, o cümlədən Soçidə uçuşlara məhdudiyyət qoyulub. Şəhər rəhbərliyi dron və raket hücumlarının dəf edildiyini bildirib, şəhər üzərində partlayış səsləri eşidilib.

Hər hansı ziyanla bağlı bilgi yoxdur.

Ukrayna hərbçiləri hücumları şərh etməyib.

Putinlə "Tomahawk"dan da danışıblar
Kremlin xarici siyasət müşaviri Yuri Uşakovun sözlərinə görə, Putin Trampa deyib ki, Ukraynaya "Tomahawk" raketlərinin verilməsi cəbhədə vəziyyətini dəyişməz, amma sülhə zərər verər, Rusiya-ABŞ münasibətlərini korlayar.

Zelenski isə Vaşinqtona çatandan sonra Telegram-da yazıb ki, ABŞ-nin "Tomahawk" raketləri göndərməsi ehtimalından dolayı Rusiya dialoqu bərpa etməyə çalışır.

""Tomahawk" barədə eşidən kimi Moskva dialoqu tez bərpa etməyə tələsir",
– o, X-də bildirib.

Tramp və Zelenski ötən həftəsonu iki dəfə danışıblar. Bu fonda ABŞ-nin Ukraynaya "Tomahawk" raketləri verməsi ehtimalı barədə müzakirə artıb. Tramp bunu istisna etməsə də, oktyabrın 16-da deyib ki, ABŞ özünün Tomahawk ehtiyatlarını tükəndirə bilməz.

Bu raketlərin mənzili 2 min 500 kilometrədəkdir, yəni, Ukraynadan Moskvaya qədər çata bilər. Üstəlik, nüvə başlığı ilə təchiz oluna bilər. "Heç kim ona "Tomahawk" raketlərinin atılmasını istəmir", – Tramp belə deyib.

Onun sözlərinə görə, Putinlə telefon söhbətində "Tomahawk"dan da danışıb, Rusiya lideri "bu fikri bəyənməyib".

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google