2025-ci ilin yanvar–sentyabr aylarında Gürcüstanda 11 əcnəbiyə
qaçqın statusu, 20 nəfərə isə humanitar status verilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, status əsasən Ukrayna və
Türkiyə vətəndaşlarına verilib.
Xüsusilə, DİN statistikasına əsasən, 2025-ci ilin ilk 9 ayında
qaçqın statusu Türkiyənin 7 vətəndaşına, Rusiyanın 1 vətəndaşına, 2
vətəndaşlığı müəyyən edilməmiş şəxsə və 1 ikili vətəndaşlığı olan
şəxsə verilib.
Humanitar statusda isə lider Ukraynadır – cari ilin üç rübü ərzində
Gürcüstanda 14 ukraynalı bu statusu alıb. Bundan əlavə, Türkiyə və
Rusiyanın 2-2 vətəndaşına, bir vətəndaşlığı müəyyən edilməmiş şəxsə
və bir ikili vətəndaşlığı olan şəxsə də humanitar status
verilib.
Məlumat üçün: humanitar status o şəxsə verilir ki, o nə Gürcüstan
vətəndaşı, nə də Gürcüstanda daimi yaşayan vətəndaşlığı olmayan
şəxs olsun, qaçqın statusu üçün tələblərə cavab verməsin, lakin
aşağıdakı hallardan birinə uyğun gəlsin — mənşə ölkəsini zorakılıq,
xarici təcavüz, işğal, daxili münaqişə, insan hüquqlarının kütləvi
pozuntusu və ya ictimai asayişin ciddi pozulması səbəbindən tərk
etməyə məcbur qalıb; hüquqi əsaslara, o cümlədən Gürcüstanın
beynəlxalq öhdəliklərinə görə öz ölkəsinə zorla qaytarıla bilməz və
başqa ölkəyə gedə bilmir; mənşə ölkəsinə qayıdarsa, onun həyatı və
hüquqları ciddi təhlükə altına düşə bilər.
Qaçqın statusu isə o şəxsə verilir ki, o nə Gürcüstan vətəndaşı, nə
də Gürcüstanda daimi yaşayan vətəndaşlığı olmayan şəxsdir, hazırda
Gürcüstandadır və irqi, dini, milli mənsubiyyət, müəyyən sosial
qrupa mənsubiyyət və ya siyasi baxışlara görə təqib olunmaq qorxusu
əsaslıdır və bu səbəbdən öz ölkəsinə qayıtmaqdan və ya onun
himayəsindən istifadə etməkdən imtina edir.
Qeyd olunur ki, 2025-ci ilin yanvar–sentyabr aylarında Gürcüstanda
ümumilikdə 1 065 əcnəbi sığınacaq üçün müraciət edib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.