Müsəlmanların Ali Dini İdarəsi baş nazirin bəyanatını müsəlmanlara hörmətsizlik kimi qiymətləndirir
Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin şeyxi Mirtağı Əsədov “Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidzenin bəyanatına münasibət bildirib və qeyd edib ki, Kobaxidze tərəfindən “Məhəmməd” adının mənfi kontekstdə çəkilməsi ölkədə yaşayan müsəlmanlar arasında ciddi narahatlığa səbəb olub.

“Gürcü Arzusu”nun baş naziri İctimai Televiziyanın efirində Avropada miqrasiya mövzusunda danışarkən bildirib ki, Avropa ölkələri problemlərlə üzləşiblər, çünki böyük şəhərlərdə
– məsələn, Berlində və ümumilikdə İngiltərədə – ən çox qoyulan ad “Məhəmməd”dir.

Şeyx Mirtağı Əsədov İrakli Kobaxidzeni dəyərləri qorumağa və dövlətin bütün vətəndaşlarına bərabər münasibət göstərməyə çağırır.

Şeyx Mirtağı Əsədovun bəyanatını sizə təqdim edirik:

“Gürcüstanın Baş Naziri İrakli Kobaxidzenin “Məhəmməd” adı ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə, xüsusilə də ölkəmizdə yaşayan müsəlman icmaları arasında ciddi narahatlıq doğurub.
Bu cür bəyanatlar həm İslam dininə, həm də bu dini təmsil edən milyonlarla insanın inancına qarşı hörmətsizlik kimi qəbul olunur. Sual olunur: hörmətli Baş Nazir bu sözləri ilə nə demək istəyir? İslamı təhqir etmək, Məhəmməd adını daşıyan insanlara qarşı nifrət yaratmaq, yoxsa onların adını “böhran” kimi təqdim etməklə hansı məqsədi güdür?
Əgər hökumətin Avropa ölkələri ilə münasibətlərində hər hansı siyasi və ya ideoloji gərginlik mövcuddursa, bunu İslamın müqəddəs adları və dəyərləri üzərindən aparmaq doğru deyil. Belə yanaşmalar cəmiyyətin dini və milli birliyinə zərbə vurur, milyonlarla müsəlmanın duyğularına toxunur.
Gürcüstanda yüz minlərlə müsəlman yaşayır və “Məhəmməd”, “Əli” kimi adlar bu xalqın ən çox sevdiyi, hörmət etdiyi adlardandır. Heç kim insanların övladlarına hansı adı verməsinə müdaxilə edə bilməz – bu, onların təbii hüququ və şəxsi seçimidir.
Cənab Baş Nazir, ölkəmizin qarşısında duran real problemlər – iqtisadi çətinliklər, sosial ədalətsizliklər, bölgələr arasında bərabərsizlik və gənclərin gələcək narahatlıqlarıdır. Hökumət diqqətini bu məsələlərin həllinə yönəltməlidir, insanların dini və mənəvi dəyərlərini müzakirə obyektinə çevirməməlidir.
“Məhəmməd” adı böhran deyil – o, nur, bərəkət və rəhmətdir. Bu ad Allahın bəşəriyyətə göndərdiyi hidayəti, mərhəməti və məğfirəti simvolizə edir.
Biz bütün Gürcüstan vətəndaşlarını dini inancından, etnik mənsubiyyətindən asılı olmayaraq birliyə, qarşılıqlı hörmətə və anlayışa çağırırıq.
Baş Nazir də öz çıxışlarında bu dəyərləri qorumaqla, dövlətin hər bir vətəndaşına bərabər münasibət göstərməlidir,”
– Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin sədri Seyid Mirtağı Əsədov bildirir.

Xatırladaq ki, Kobaxidze 15 oktyabr tarixində Birinci Kanalın efirində deyib: “Görürük ki, miqrasiya Avropayı, o cümlədən Avropa İttifaqını nə günə saldı. Berlində ötən il ən çox qoyulan ad Məhəmməd olub. Londonda – Avropanın əsas paytaxtlarından birində – və ümumilikdə bütün İngiltərə üzrə də ən çox qoyulan ad Məhəmməddir. Bu, Avropa İttifaqının üzləşdiyi problemlərdən biridir”.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google