“Texniki Universitet” “Gürcüstan Universitetinin” əmlakının müsadirə olunmasını və ona verilməsini tələb edir

"Gürcüstan Texniki Universiteti"nin rektoru Davit Qurqenidze “Gürcüstan Universiteti"nin əmlakının müsadirə edilməsini və araşdırmadan

sonra "Texniki Universitet"ə qaytarılmasını tələb edir. Onun sözlərinə görə, həmin əmlak illər əvvəl onlara məxsus olub. Bu barədə o, bu gün, 17 oktyabrda Baş Prokurorluğa müraciət edib.

“Biz tələb edirik ki, bu əmlak müsadirə olunsun və Texniki Universitetə qaytarılsın. Həmçinin universitetin illər boyu
əldə edə bilmədiyi gəlir araşdırılsın və həmin vəsait universitetə, gənclərə və professor-müəllim heyətinə qaytarılsın. Dəymiş zərər müəyyən edilməlidir, prokurorluq bu məsələ ilə bağlı ekspertiza aparmalı və həmin zərərin miqyasını müəyyənləşdirməlidir. Bu əmlakın satılmaması və üçüncü şəxsə keçirilməməsi üçün biz təcili olaraq onun müsadirəsini tələb edirik,”
– deyə Davit Qurqenidze bildirib.

Qeyd edək ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasaniyaya məxsus olan “Gürcüstan Universiteti” son vaxtlar hökumətin və hökumətyönlü medianın hədəfinə çevrilib. Universiteti “dövlətə qarşı təlimlər” təşkil etməkdə ittiham edirlər, lakin bu barədə ictimaiyyətə heç bir sübut təqdim edilməyib. “Gürcüstan Universiteti” həmçinin Avrointeqrasiya prosesinin dayandırılması qərarına etiraz etdiklərinə görə işlərini itirən keçmiş dövlət qulluqçularına dəstək göstərib – bunun üçün universitet 200 000 lari məbləğində fond yaradıb.


Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google