Gürcüstanda 85 yaşdan yuxarı əhalinin payı artıb, 14 yaşadək
əhali isə azalıb.
Bu barədə Gürcüstan Milli Statistika Xidməti “Gürcüstanda
demoqrafik vəziyyət” adlı yayımladığı hesabatda məlumat verib.
Hesabata görə, 2025-ci il yanvarın 1-nə ölkə əhalisi ümumilikdə
3,704 milyon nəfər olub:
- 0-14 yaş arası: 712,5 min nəfər
- 15-64 yaş arası: 2,377 milyon nəfər
- 65 yaşdan yuxarı: 615 min nəfər
- 85 yaşdan yuxarı: 49,5 min nəfər
Ötən ilin eyni dövrü ilə müqayisədə yalnız 0-14 yaş arası əhalinin
payı azalıb. Daha dəqiq olaraq, 2024-cü il yanvarın 1-nə olan
məlumata görə:
- 0-14 yaş arası: 721,6 min nəfər
- 15-64 yaş arası: 2,376 milyon nəfər
- 65 yaşdan yuxarı: 596,7 min nəfər
- 85 yaşdan yuxarı: 47,3 min nəfər
Bu göstəricilər ölkədə davam edən demoqrafik tendensiyanı bir daha
təsdiqləyir. Doğum göstəricisi son 30 ilin minimumuna düşüb.
Məsələn, ötən il Gürcüstanda 40 mindən az uşaq doğulub (39 483
nəfər), bu isə 1935-ci ildən bu günə qədər misilsiz hadisədir.
Demoqrafların qeyd etdiyinə görə, doğulan uşaqların sayına görə
yalnız 1943-cü ildə — II Dünya Müharibəsi dövründə — daha az uşaq
doğulub (34 057 nəfər).
1994-2024-cü illər arasında doğum göstəricisinin ən yüksək
səviyyəsi 2014-cü ildə olub və 60 635 nəfər təşkil edib. O vaxtdan
bəri bu göstərici hər il azalır. Son illərdə ölüm göstəricisi də
azalmaqla yanaşı, doğum göstəricisini üstələyir. Məsələn, 2024-cü
ildə ölkədə 43 971 nəfər vəfat edib.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.