Tramp yenidən Putinlə görüşəcək
ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasındakı "rəzil" müharibənin sonlandırılması yollarının müzakirəsi üçün Macarıstan paytaxtı Budapeştdə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu barədə o, Putinlə söhbətindən sonra "Truth Social" hesabında yazıb.

Bundan əvvəl - gələn həftə prezidentlərin müşavirlərinin görüşü olacaq, Amerika nümayəndə heyətinə dövlət katibi Marko Rubio rəhbərlik edəcək. Onların görüş yeri hələ müəyyənləşdirilməyib.

"Sabah
Oval kabinetdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcəyəm, orada prezident Putinlə söhbətimi və daha çoxunu müzakirə edəcəyik. Düşünürəm ki, bugünkü telefon danışığı əhəmiyyətli irəliləyişə nail olmağa imkan verdi",
- Tramp əlavə edib.

Putin və Tramp sonuncu dəfə bu il avqustun 15-də Alyaskanın Ankoric şəhərində görüşüblər.

Putinin Trampla söhbəti zamanı Ukraynaya uzaqmənzilli "Tomahawk" raketlərinin mümkün tədarükü məsələsinə də toxunulub.

"Vladimir Putin "Tomahawk"ların döyüş meydanında vəziyyəti dəyişməyəcəyi, lakin ölkələrimiz arasında münasibətlərə ciddi ziyan vuracağına dair tezisini təkrarladı. Sülh yolu ilə nizamlama perspektivlərini demirəm hələ", - Putinin köməkçisi Yuri Uşakov bildirib.

15 oktyabr
Tramp yenə Putinlə bağlı məyusluğunu bildirib

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Moskvanın Ukraynada apardığı müharibə ilə bağlı bir daha məyusluğunu dilə gətirib. Tramp cümə günü – oktyabrın 17-də Ukrayna prezidenti Volodimir Zelenski ilə Ağ evdə görüşməyə hazırlaşır.

"Çox məyusam, çünki Vladimirlə münasibətimiz çox yaxşı idi. Yəqin ki, indi də yaxşıdır. Bu müharibəni niyə davam etdirdiyini anlamıram", – Tramp deyib.

Zelenskinin Trampla görüşündə Ukraynanın hava hücumundan müdafiə və uzaqmənzilli zərbə imkanlarını müzakirə edəcəyi gözlənilir. Liderlər ötən həftəsonu bir neçə dəfə danışıblar. Bu arada ABŞ-nin Ukraynaya uzaqmənzilli "Tomahawk" raketlərini verib-verməyəcəyi qızğın müzakirə olunur.

"O, silah istəyir. "Tomahawk" əldə etmək istəyir", – Tramp oktyabrın 14-də jurnalistlərə açıqlamasında Zelenski ilə bağlı bildirib.

Tramp daha öncə 2 min 500 kilometrədək məsafəni vura, nüvə başlıqları ilə təchiz oluna bilən "Tomahawk" qanadlı raketlərinin Kiyevə verilməsini istisna etməyib. Kreml isə bununla bağlı xəbərdarlıq edib.

Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.

2022-ci ildə prezident V.Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google