Nazir müavini: Azərbaycana daxil olan suyun həcmi 30 faiz azalıb
Son illərdə Azərbaycanda iqlimlə bağlı ekstremal hadisələrin intensivliyi kəskin şəkildə artıb.

AZƏRTAC-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində keçirilən "İqlim dəyişikliyi və şəhərlərin dayanıqlığı" mövzusunda panel sessiyada çıxışı zamanı deyib.

Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkədə daşqın hadisələrinin sayı 80 dəfə, quraqlıqların
müddəti 80 faiz, 30 dərəcədən yuxarı temperatur olan günlərin sayı altı dəfə artıb. Habelə meşə yanğınları beş dəfə, güclü küləklər isə 12 dəfə çoxalıb, yağıntı hadisələrinin tezliyi isə altı dəfə artıb.

"Bu rəqəmlər göstərir ki, ölkədə hava şəraiti ilə bağlı güclü erkən xəbərdarlıq sistemlərinin yaradılması və təkmilləşdirilməsi həyati əhəmiyyət daşıyır", – U.Tağıyeva vurğulayıb.

O əlavə edib ki, iqlim dəyişiklikləri nəticəsində Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb.

Xatırlatma
Son illər Azərbaycanda həm içməli, həm də texniki su qıtlığı ilə bağlı şikayətlər eşidilir. Rayonlarda ayrı-ayrı fermerlər su qıtlığı üzündən məhsullarının böyük həcimdə ziyan çəkdiyini deyirlər. Paytaxtın özündə isə bəzi ərazilərdə günlərlə, həftələrlə suyun verilmədiyi bildirilir. Üstəlik, son illər Bakıda bir çox ərazilərdə suyun verilməsi gün ərzində normalara bölünür. Rəsmilərin vədlərinə görə, ölkədə 2030-cu ilə qədər içməli 90, suvarma suyuna isə tələbatın 95 faizi səmərəli şəkildə ödənməlidir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google