Hindistan dərman istehsalçılarının zavodları yeniləmək üçün
birillik möhləti uzatmaqla bağlı xahişlərini rədd edib.
Bunu "Reuters" dörd mənbəyə istinadla yazır. Bu yaxınlarda azı 24
uşağın yerli istehsal olan öskürək siropu içəndən sonra ölümü
ictimaiyyətdə kəskin reaksiya yaradıb.
Yeni Dehli hələ 2023-cü ilin sonunda əczaçılıq şirkətlərinə
göstəriş verib ki, zavodlarını Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)
standartlarına uyğunlaşdırsınlar. Buna isə
Afrika və Orta Asiyada
140-dan çox uşağın ölümünün Hindistan istehsalı öskürək dərmanı ilə
əlaqələndirilməsi səbəb olmuşdu.
Böyük əczaçılıq şirkətləri 2024-cü ilin iyununacan tələbi yerinə
yetirsələr də, daha kiçik şirkətlərə 12 aylıq əlavə möhlət verilib.
Bəzi şirkətlər möhlətin uzadılmasını istəyirlər, xərclərin onların
bizneslərini iflas etdirəcəyini deyirlər.
"Coldrif" siropunun istehsalçısı "Sresan Pharmaceutical
Manufacturer" şirkətinin zavodları yeniləmədiyi üzə çıxınca,
hökumət həmin xahişləri rədd edib. Bu siropda zəhərlilik
səviyyəsinin yüksək olduğunu testlər təsdiqləyib.
Hindistanın 50 milyard dollarlıq əczaçılıq sənayesində 3 minədək
şirkət 10 mindən çox zavodu idarə edir.
Amma hökumətin statistikasına görə, ölkədə istehsal olunan
dərmanların çoxu üçün təxminən 20 şirkət məsuliyyət daşıyır. Qalan
40 faizini orta və kiçik müəssisələr istehsal edir.
"Reuters" yazır ki, Hindistanda səhiyyə işçiləri qapı-qapı gəzərək
sakinləri "Coldrif"in qalan butulkalarını təhvil alırlar. Bu
dərmanı vəfat edən uşaqlardan bir neçəsinə təyin etmiş həkim isə
saxlanılıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.