Ağ ev rəsmisi Hindistanın Rusiyadan neft alışını yarıbayarı
azaltdığını bildirir.
Amma "Reuters" Hindistandakı mənbələrə istinadla azalmanın
olmadığını yazır.
Oktyabrın 16-da Ağ ev rəsmisi agentliyə deyib ki, bu həftə
Vaşinqtonda Hindistanın nümayəndə heyəti ilə danışıqlar məhsuldar
keçib, Yeni Dehli artıq Rusiyadan neft idxalını 50 faiz
azaldıb.
Hindistan sənayesindəki mənbələr isə neft-emalı zavodlarına
Rusiyadan idxalı azaltmaqla bağlı xahiş gəlmədiyini deyiblər.
Artıq noyabr üçün sifariş verildiyindən azalma dekabr, yaxud
yanvarın idxal rəqəmlərindən bilinəcək, - mənbələr belə
deyiblər.
"Reuters" yazır ki, bu ay Hindistanın Rusiyadan neft idxalı 20 faiz
artaraq günə 1.9 milyon barelə çatmalıdır. Rusiya da bu arada
Ukrayna dronlarının onun emal zavodlarına zərbələri fonunda ixracı
sürətləndirir.
16 oktyabr
Tramp deyir, Hindistan Rusiyadan neft alışını dayandırmağa söz
verib
Hindistan ABŞ-yə Rusiyadan neft almağı dayandıracağını deyib. ABŞ
prezidenti Donald Trampın sözlərinə görə, Hindistanın baş naziri
Narendra Modi onu bu barədə əmin edib. Bundan öncə ABŞ Hindistan
mallarına tarifləri iki dəfə artırmışdı.
"Hindistanın neft almasından xoşum gəlmirdi, o (Modi) bu gün məni
əmin etdi ki, onlar Rusiyadan neft almayacaqlar. Bu, böyük
addımdır. İndi Çinin də bunu etməsini istəyirik", – Tramp oktyabrın
15-də Ağ evdə jurnalistlərə deyib.
Hindistan Rusiyadan neft alaraq Moskvanın Ukraynadakı müharibəsinə
kömək edir. Qərb ölkələri isə bu ticarətə qarşı sanksiyaları
gücləndirir. Hindistan Rusiyadan neft almağı dayandırsa, bu,
Moskvanın ən böyük enerji müştərilərindən birinin mövqeyində ciddi
dəyişiklik olar.
Tramp avqustun sonunda Hindistan mallarına 50 faiz tarif qoyaraq
rüsumları iki dəfə artırıb.
ABŞ prezidenti jurnalistlərə onu da deyib ki, Hindistan Rusiyadan
neft alışını dərhal dayandıra bilməz, "proses bir az çəkəcək", amma
prosesin tezliklə bitəcəyini də əlavə edib. Tramp bildirib ki,
müharibə bitdikdən sonra Hindistan yenidən Rusiyadan neft ala
bilər.
Hindistan Trampın dediklərini təsdiqləməyib. Amma Modi oktyabrın
11-də ABŞ səfiri Sercio Qor Yeni Dehliyə çatandan bir neçə saat
sonra onunla görüşüb və bununla da Trampla münasibətləri bərpa
etmək istəyini göstərib.
Avqustda yeni tarif tətbiq edəndə Vaşinqton bildirib ki, Hindistan
Rusiyadan neft almaqla Ukrayna müharibəsini maliyyələşdirir, Yeni
Dehli də bundan qazanır. Hindistan isə bu ittihamı ikili standart
adlandırıb, ABŞ və Avropanın Rusiyaya ticarət əlaqələrini
göstərib.
Vaşinqton Yaponiyanın da Rusiyadan enerji idxalını dayandırması
üçün ona təzyiq göstərir.
ABŞ-nin maliyyə naziri Skott Bessent oktyabrın 15-də Yaponiyadan
həmkarı Katsunobu Kato ilə ikitərəfli iqtisadi əlaqələri,
Yaponiyanın Rusiyadan enerji idxalını dayandırması ilə bağlı
gözləntilərini müzakirə edib.
Bessent daha öncə deyib ki, ABŞ Rusiyadan neft almağa görə Çinə də
tarif qoymağa hazırdır, amma bundan ötrü Vaşinqtonun Avropa
müttəfiqləri də bu addımı dəstəkləməlidir.
Hindistanın cavabı
Moskva Hindistanın Rusiya ilə enerji təchizatı sahəsində
əməkdaşlığı davam etdirəcəyinə əmindir. Bunu Rusiya baş nazirinin
müavini Aleksandr Novak Trampın açıqlamasını şərh edərkən
deyib.
"Biz dost tərəfdaşlarımızla əməkdaşlığı davam
etdiririk. Enerji resurslarımıza tələbat var, iqtisadi baxımdan
sərfəlidir və praktikdir. Əminəm ki, tərəfdaşlarımız bizimlə
işləməyə davam edəcək", – Novak oktyabrın 16-da TASS
dövlət xəbər agentliyinə deyib.
Hindistan da həmin gün bildirib ki, əsas məqsədləri sabit enerji
qiymətlərini, təhlükəsiz tədarükü təmin etməkdir.
"Təlatümlü enerji ssenarisi şəraitində Hindistan
istehlakçısının maraqlarını qorumaq bizim daimi prioritetimiz olub.
İdxal siyasətimiz tamamilə bu məqsədlə idarə olunur",
– Hindistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında
deyilir.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiyadan neft
tədarükü müzakirə olunarkən alıcı ölkələrin mövqeyi və iqtisadi
fayda nəzərə alınmalıdır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.