Mixeil Saakaşvili: Finlandiya xarici işlər nazirinə cərimə tətbiqi təkcə Vyana Konvensiyasının kobud şəkildə pozulması deyil, həm də Gürcüstan tarixində əbədi bir utanc ləkəsi kimi qalacaq
“Finlandiyanın xarici işlər nazirinə cərimə kəsilməsi təkcə Vyana Konvensiyasının çox kobud şəkildə pozulması deyil, həm də Gürcüstan tarixində əbədi utanc ləkəsi kimi qalacaq”, — bunu Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, hakim komanda rusların tapşırığı ilə gürcülərin genetik kodunu dəyişir.

“Finlandiyanın xarici işlər nazirinə cərimə tətbiqi təkcə Vyana Konvensiyasının çox kobud
pozulması deyil, həm də Gürcüstan tarixində əbədi utanc ləkəsi kimi qalacaq.
Bu quldurlar rusların tapşırığı ilə gürcülərin genetik kodunu dəyişdirirlər və xalqa təlqin edirlər ki, qonaqpərvərlik yalnız rus boksçulara, güləşçilərə, Kadirovun banditlərinə və çox yaxında rus ‘soldat’larına qarşı mümkündür,”
– deyə Mixeil Saakaşvili sosial şəbəkədə yazıb.

Xatırladaq ki, 14 oktyabr tarixində Gürcüstanın Daxili İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri və eyni zamanda Finlandiyanın xarici işlər naziri olan Elina Valtoneni 5000 lari məbləğində cərimələyib – ona 14 oktyabrda parlament qarşısında keçirilən aksiya zamanı “yolun süni şəkildə bağlanması” ittihamı irəli sürülüb.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google