“Qara arx” yenə təmizlənib - çıxış yolu nədir?
Marneulidə çirklənmiş "Qara arx" yenə təmizlənib. "Marneuli" radiosu oktyabrın 16-da çirklənmiş kanalın videosunu yaymışdı.

Bundan bir gün sonra ərazi təmizləndi.


Gürcüstan Meliorasiya Xidmətinin Marneuli Mərkəzinin rəhbəri Tornike Qoqlidze bildirir ki, çirklənmə əhalinin düzgün davranmamasının nəticəsidir. Ona görə də kanalı tez-tez təmizləmək lazım gəlir, lakin bunu hər gün etmək mümkün deyil. Onun sözlərinə görə, bu dəfə
kanal bələdiyyənin köməkliyi ilə təmizlənib.

"Kanalın vəziyyətini gördüyümüzə əsaslanaraq, təəssüf ki, yenə əhalinin özünü dərk etməsinə gedib çıxırıq. Bu təbii hal deyil, süni şəkildə atılmış zibildir. Belə çıxır ki, gündəlik olaraq ora, kanalın kənarına təmizlik texnikası yerləşdirilməlidir, lakin bunun üçün nə imkan, nə də vəsait var. Ona görə də biz mütəmadi olaraq əhaliyə müraciət edirik. Zibil qabları var, amma düz kanalın kənarına atırlar və bu da belə hallara gətirib çıxarır ki, biz mütəmadi olaraq təmizlik işləri aparmalıyıq. Bələdiyyənin də iştirakını qeyd etmək lazımdır, onlar tez-tez bizə kömək edir, bu işdə də kömək etdilər”, – Tornike Qoqlidze bildirir.

O, hesab edir ki, problemin həllinin bir yolu cərimələrin tətbiqi ola bilər ki, bu da əhalini daha məsuliyyətli edər. Ancaq cərimələrin tətbiqi meliorasiya xidmətinin səlahiyyətinə daxil deyil və digər qurumlar bu prosesə cəlb edilməlidir.

“Təmiz Marneuli”nin rəhbəri Leri Mumladze də eyni fikirdədir. Onun xidmətində olan 10 nəfərlik qrup oktyabrın 17-də səhər saatlarında 800 metr çirklənmiş ərazini qazaraq təmizləsə də, təmizlikdən az sonra vəziyyət daha da pisləşib. Mumladze deyir ki, problemi həll etmək üçün Marneuli Nəzarəti Xidməti ilə danışmağı düşünür.

"Təmizləmə işində 10 nəfər iştirak edib, onu təmizləmək bizim işimiz deyil, amma şəhərdə pis görünür və belə olan halda təmizləmək qərarına gəldik. Bu ay ikinci dəfədir. Məncə, tullantılar yaxınlıqdakı şadlıq saraylarından gəlir. Bütün bunlara nəzarət etməliyik. Mən də Nəzarət Xidmətinə məlumat verəcəyəm, gəlib xəbərdarlıq etsinlər. Marneuli bələdiyyəsində 1700 zibil qabı var. Əgər adam təmizlik istəyirsə, bilmirəm... Yaxınlıqda zibil qabı yoxdursa, 100-150 metr gedib qaba atsınlar”, – Leri Mumladze bildirir.

“Gürcüstanın İnzibati Xətalar Məcəlləsi” tullantıların lazımı qaydada atılmamasına görə (yəni ətraf mühitə, o cümlədən kanallara, yolun kənarına və ya çaya atılması) məsuliyyət nəzərdə tutur.

Kim cərimələr tətbiq edə bilər:
  • Bələdiyyənin Nəzarət Xidməti – yaşayış məntəqələrinin ərazilərinə nəzarət edir və ictimai yerlərdə zibilliyə qarşı mübarizə aparır;
  • Ətraf Mühitə Nəzarət Departamenti (Ətraf Mühitin Mühafizəsi Nazirliyi)
  • Polis də həmçinin, pozuntuları qeyd edə və məlumatı müvafiq quruma ötürə bilər.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google