Bazar yeməkxanasının sahibi kabab qiyməsində eşşək ətinin olmasını rədd edir
Milli Qida Agentliyi Marneuli bazarında yerləşən 2 yeməkxanadan götürülmüş qiymə nümunələrində eşşək əti aşkar edib.

Bu gün, 4 noyabr tarixində yayılan bəyanatda Milli Qida Agentliyi 2 yeməkxanada eşşək DNT-si aşkarlandığını qeyd edib.

“Laboratoriya tədqiqatı nəticəsində, 2 qida nümunəsində eşşək DNT-si aşkarlanıb:
  • Ət qiyməsi – İstehsalçı: Fərdi sahibkar "Sabir Çıldırlı" (Yeməkxana), Ünvan: Marneuli, Ağmaşenebeli küç. 2a (Bazar ərazisi), Hazırlanma tarixi: 29.10.2025;
  • Ət qiyməsi – İstehsalçı: Fərdi sahibkar "Famil Məhərov" (Yeməkxana), Ünvan: Marneuli, Ağmaşenebeli küç. №
    2a (Bazar ərazisi), Hazırlanma tarixi: 29.10.2025.
Milli Qida Agentliyinin nəzarəti altında, qeyd olunan qida məhsulları satışdan yığışdırılıb.

Biznes operatorlarının istehsal prosesi dayandırılıb və materiallar sonrakı tədbirlərin görülməsi üçün müvafiq qurumlara təhvil verilib”,
– deyə agentliyin bəyanatında bildirilir.

Sahibkarlardan biri, Famil Məhərov “Marneuli” radiosuna ictimai şərh verməkdən imtina etsə də, yeməkxanasındakı ətin keyfiyyətinə əmin olduğunu bildirib. O, ətin 100% inək əti olduğunu söyləyir və həqiqəti sübut etmək üçün nümunələrin laboratoriya yoxlanışını özünün də aparmaq niyyətində olduğunu deyib.

Agentlik tərəfindən aşkar edilmiş ikinci yeməkxanada da qiymədə eşşək ətinin olmasını rədd edirlər.

Qeyd etmək lazımdır ki, Milli Qida Agentliyinin aşkar etdiyi yeməkxanalar Marneuli bazarında fəaliyyət göstərir və əsasən kabab hazırlayır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google