“Sarp” və “Kirnat” sərhəd sektorlarında 4 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyinin sərhəd polisi əməkdaşları, Batumi regional idarəsinin “Sarp” və “Kirnat” sərhəd sektorlarında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, xarici ölkə vətəndaşları – 1976-cı il təvəllüdlü B. Q., 1995-ci il təvəllüdlü E. Q., 1997-ci il təvəllüdlü J. A. və 1996-cı il təvəllüdlü T. T. – Gürcüstan Respublikasının dövlət sərhədini qanunsuz keçmək və keçməyə cəhd göstərməkdə şübhəli bilinərək saxlanılıb.

Qanun pozuntusu 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Aparılmış araşdırmalar zamanı məlum olub ki, B. Q. və J. A. sərhəd-keçid məntəqəsini yan keçməklə Türkiyə istiqamətinə qanunsuz sərhəd keçməyə cəhd göstəriblər, E. Q. və T. T. isə yük maşınının içində gizlənərək sərhədi qanunsuz keçib ölkəyə daxil olublar.

Faktla bağlı cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi və 19-344-cü maddəsinin birinci hissəsi ilə aparılır, bu da dövlət sərhədinin qanunsuz keçilməsini və keçməyə cəhd göstərilməsini nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google