“Gürcü Arzusu” partiyasının liderlərindən biri və eyni zamanda
parlamentin sədri olan Şalva Papuaşvili, Gürcüstan haqqında
hazırlanan tənqidi hesabatına
görə Avropa İttifaqını sərt şəkildə tənqid edib.
Parlamentdə keçirdiyi brifinqdə o, Aİ hesabatında işlədilən eyni
ifadələri istifadə edərək, Brüsseli “dəyərlərdən geriyə addım
atmaqda” ittiham edib.
“Gizli siyasi gündəmlə dolu, təkəbbürlü münasibət və itaətsiz
ölkələrə hörmətsizliklə davranan bürokratiya, müstəqil
qərar
verməyə və dövlətin suveren idarəçiliyindən istifadə etməyə çalışan
dövlətlərə təzyiq göstərir.
Bunun bariz nümunəsi bu gün Aİ Komissiyası tərəfindən Gürcüstanla
bağlı təqdim olunan genişlənmə hesabatıdır ki, burada da köhnəlmiş
siyasi ittihamlar, yalanlar, düşmən ritorikası və məqsədli zərərli
yanaşmalar bir-birinə qarışıb.
Bu, Brüsselin kabinetlərindən görünən Gürcüstandır —
reallıqla heç bir ortaq nöqtəsi yoxdur.
Aydın şəkildə bəyan edirik: bu cür ədalətsiz, qərəzli,
antidemokratik, ölkəni daha çox qütbləşməyə və destruksiyaya aparan
münasibət nəticəsində əgər kimsə geriləyibsə, bu, məhz Avropa
İttifaqının hazırkı idarəedici institutlarıdır,” – deyə
Papuaşvili bildirib.
Xatırladaq ki, 4 noyabrda Aİ-nin 2025-ci il genişlənmə hesabatı
dərc olunub. Hesabatda “Gürcüstandakı vəziyyətin kəskin pisləşməsi
ilə bağlı ciddi narahatlıq” ifadə olunur.
“Gürcüstan, Aİ-yə üzvlük namizədləri arasında yeganə dövlətdir ki,
burada geriləmə — həm də ciddi geriləmə — müşahidə olunur.
Hazırda Gürcüstanın Aİ-yə aparan yolu yoxdur, əgər şərait kəskin
dəyişməzsə... O, indi yalnız formal olaraq namizəd ölkədir”, -
Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali
nümayəndəsi Kaya Kallas bildirib.
Digər ölkələr barədə Aİ-nin qiymətləndirmələri:
• Ukrayna: “Üzvlük, onun üçün təhlükəsizliyin əsas təminatıdır.
Müharibə şəraitində belə genişmiqyaslı islahatlar həyata keçirən
başqa namizəd ölkə olmayıb.”
• Moldova: “Oktyabr seçkiləri Avropa gələcəyinə aydın ‘bəli’ dedi
və ölkə əsas islahatları davam etdirir.”
• Serbiya və Kosovo: “Siyasi böhran irəliləyişi ləngitdi.”
• Bosniya və Herseqovina: “Respublika Srpskada baş verənlər Aİ-yə
inteqrasiya prosesini zəiflətdi; əsas irəliləyiş üçün məhkəmə
islahatları və əsas danışıqlar nümayəndəsinin təyin edilməsi
vacibdir.”
• Şimali Makedoniya: “Lazımi konstitusiya dəyişiklikləri hələ
həyata keçirilməyib.”
• Türkiyə: “Hələ də mühüm tərəfdaşdır, lakin demokratik
standartların və məhkəmə müstəqilliyinin pisləşməsi 2018-dən bəri
genişlənmə prosesini faktiki olaraq dondurub.”
• Gürcüstan: “Hazırda Gürcüstanın Aİ-yə aparan yolu yoxdur, əgər
şərait kəskin dəyişməzsə; o, indi yalnız ad olaraq namizəd
ölkədir.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.