"Əziz Gürcüstan hökuməti, siz xalqı Avropa İttifaqından uzaqlaşdırırsınız" – Avropa komissarı Marta Kos

Avropa İttifaqının Genişlənmə məsələləri üzrə komissarı Marta Kos, Avropa İttifaqının genişlənmə hesabatının dərcindən sonra bir daha Gürcüstan hökumətinə

müraciət edib və onu Avrointeqrasiya yoluna qayıtmağa çağırıb.

“Gürcüstan vətəndaşlarına çox vacib bir mesajım var, xüsusilə ona görə ki, bildiyiniz kimi, onların hökuməti vətəndaşlara deyir ki, onları Avropa İttifaqına aparır”, – deyə Marta Kosi mətbuat konfransında bildirib.

“Əziz
Gürcüstan hökuməti, siz xalqınızı Avropa İttifaqına aparmırsınız. Siz xalqınızı Avropa İttifaqından uzaqlaşdırırsınız.

Əgər Avropa İttifaqına ciddi yanaşırsınızsa, onda xalqınıza qulaq asın və sizdən fərqli düşünən müxalifət liderlərini və jurnalistləri həbs etməyi dayandırın. Bundan sonra biz danışa bilərik.”

Bundan əvvəl isə Aİ-nin ali nümayəndəsi Kaya Kallas bəyan edib ki, sanksiyaların tətbiqi üzərində iş davam edir:

“Bildiyiniz kimi, biz Gürcüstanda dinc etirazçılara və oxşar şəxslərə qarşı zorakılıq tətbiq edən hökumət nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyə çalışırıq.”
“Hazırda bütün üzv dövlətlər bizi dəstəkləmir, amma biz bu məsələlərin həllinin müxtəlif yollarını tapmaq üzərində işləməyə davam edirik,” – deyə Kaya Kallas əlavə edib.

Marta Kos isə bildirib ki, “sərt tədbirlər, təbii ki, üzv dövlətlərin əlindədir,” lakin Avropa Komissiyası başqa addımlar üzərində də düşünür:
“Ümid edirəm, noyabr ayında vizaların dayandırılması üçün yeni mexanizmimiz olacaq və bu, bizə növbəti addımlar atmağa imkan verəcək.”

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google