Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə
ali nümayəndəsi Kaya Kallas bildirib ki, Gürcüstan Aİ-yə üzvlüyə
namizəd ölkələr arasında yeganə
dövlətdir ki, bu yolda geriləmə – həm də əhəmiyyətli geriləmə
müşahidə olunur.
Kaya Kallasın sözlərinə görə, “
hazırkı mərhələdə əgər
vəziyyət kəskin şəkildə dəyişməsə Gürcüstanın Avropa İttifaqına
doğru gedən yolu yoxdur”.
Onun sözlərinə əsasən – və
bu genişlənmə hesabatında da əks olunub
– Gürcüstan “
hazırda yalnız nominal olaraq namizəd ölkə
sayılır”. Oxşar bəyanat Avropa komissarı Marta Kos
tərəfindən də səsləndirilib.
Kaya Kallas qeyd edib ki, genişlənmə hesabatında nəticələr əsasən
dörd ölkə üçün müsbətdir: Albaniya, Moldova, Monteneqro və
Ukrayna.
Perspektivlər dörd ölkə üçün “ziddiyyətlidir”: Serbiya, Şimali
Makedoniya, Kosovo, Bosniya və Herseqovina və Türkiyə.
Perspektivlər “Gürcüstan üçün mənfidir”.
Hesabatda ölkələrə verilən qiymətlər belədir:
Ukrayna: “Ukraynanın Aİ-yə üzvlüyü və ya üzv olması təhlükəsizliyin
əsas təminatı ola bilər. Müharibə şəraitində heç bir namizəd ölkə
bu qədər genişmiqyaslı islahatlar həyata keçirməyib. Bu, Ukraynanın
üzvlüyə sadiqliyini aydın göstərir.”
Moldova: “Oktyabr ayında Moldovada keçirilən seçkilər ölkənin
Avropa gələcəyinə birmənalı ‘bəli’ dediyini göstərdi və əsas
islahatların həyata keçirilməsi davam edir.”
Serbiya və Kosovo: “Hər iki ölkədə siyasi böhran müşahidə olunub və
bu, irəliləyişi ləngidib.”
Bosniya və Herseqovina: “Respublika Serbskada baş verən hadisələr
Aİ-yə inteqrasiya prosesini sarsıdıb... Məhkəmə islahatları və baş
danışıqlarçının təyinatı irəliləyiş üçün açar məsələlərdir.”
Şimali Makedoniya: “Ölkə hələ də zəruri konstitusiya
dəyişikliklərini həyata keçirməyib.”
Türkiyə: “Türkiyə hələ də əsas tərəfdaş olaraq qalır və bir sıra
ortaq maraq sahələrimiz var, lakin 2018-ci ildən bəri demokratik
standartların, məhkəmə müstəqilliyinin və fundamental hüquqların
pisləşməsi genişlənmə prosesini faktiki olaraq dondurub.”
Gürcüstan: “Hazırda Gürcüstanın Avropa İttifaqına doğru gedən yolu
yoxdur, əgər şərait kəskin şəkildə dəyişməsə. O, indi yalnız adı
ilə namizəd ölkədir.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.