Daxili İşlər Nazirliyinin əməkdaşları bir neçə aylıq istintaq və
genişmiqyaslı əməliyyatlar nəticəsində beş cinayət işi üzrə “oğru
aləmi” üzvlüyü,
“oğru aləminin fəaliyyətinin dəstəklənməsi” və “oğru aləmi üzvünə
müraciət etmə” ittihamları ilə 34 nəfəri saxlayıblar. Polis 7
nəfərə qarşı – 2 nəfər cəzaçəkmə müəssisəsində, 4 nəfər xaricdə və
bir “qanuni oğru”ya – qiyabi ittiham irəli sürüb.
Əməliyyat
zamanı Lagodexi rayonunun Qabal kəndində saxlanmalı
şəxslərdən biri, 1973-cü il təvəllüdlü Mirzə Əliyev, məhkəmə
tərəfindən həbs qərarı olmasına baxmayaraq, xüsusi təyinatlıların
üzərinə atəş açıb. Nəticədə bir xüsusi təyinatlı döş qəfəsinin
nahiyəsinə ağır yaralanıb. Polis əməkdaşlarının cavab atəşi ilə
Mirzə Əliyev hadisə yerində zərərsizləşdirilib.
Polis əməliyyatı eyni vaxtda Mərkəzi Cinayət Polisi, Tbilisi,
Kaxeti, Mtsxeta-Mtianeti və ölkə üzrə Xüsusi Tapşırıqlar
Departamentlərinin əməkdaşları tərəfindən həyata keçirilib.
Cinayətlər 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutur.
Aparılmış gizli istintaq hərəkətləri və toplanmış sübutlar göstərir
ki, saxlanılan şəxslər “oğru aləmi”nin üzvləri və dəstəkçiləri
olaraq vətəndaşlar arasında maliyyə mübahisələrinin həllində
iştirak ediblər. Onlar xaricdə olan “qanuni oğru”larla əlaqə
saxlayıb, onlardan müxtəlif tapşırıqlar alıblar və sonra bu
tapşırıqları yerinə yetiriblər.
Məlum olub ki, ittiham olunanlar və tələb edən tərəflər arasında
təşkil olunmuş “oğru” mübahisələrində pozuntuya yol verənlərdən
cərimə tələb edilirdi və onlara ölüm təhdidi edilirdi. Bu cinayət
fəaliyyətində digər şəxslərlə yanaşı, kriminal avtoritet Elmuraz
Məmmədov da fəal iştirak edib və mühüm rol oynayıb.
Polisin ittiham olunanların şəxsi və yaşayış yerlərində apardığı
axtarışlar zamanı sübut kimi kompüter texnikası və mobil telefonlar
götürülüb. Bu vasitələrlə onlar həm bir-biri ilə, həm də xaricdəki
“qanuni oğru”larla əlaqə saxlayırdılar. Həmçinin narkotik
vasitələr, odlu silahlar və böyük məbləğdə nağd pul maddi sübut
kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 223-cü maddəsinin I
hissəsi, 223-cü maddənin II hissəsi və 223-cü maddənin I və II
hissələri, eləcə də 109 və 181-ci maddələri üzrə davam edir.
Eyni kompleks tədbirlər çərçivəsində Tbilisi Polis Departamentinin
əməkdaşları David Mikadzenin mühafizə rəisi David Çubinidzeni də
həbs ediblər. Onun barəsində 236-cı maddənin VI bəndi və 237-ci
maddənin III hissəsi üzrə istintaq aparılır.
Araşdırma müəyyən edib ki, 2021-ci ilin sentyabrında David
Çubinidze və David Mikadze əvvəlcədən əlbir olaraq Vaxtrang
Kobiyaşvili adına qeydiyyatda olan beş odlu silaha sahib çıxıblar.
Onlardan biri qeyri-qanuni şəkildə üçüncü şəxslərə satılıb.
Hazırda həmin cinayət işi üzrə David Çubinidze ittiham edilən şəxs
qismində tutulub. Mikadze isə barəsində ittihamlar ona iştirakı
olmadan elan olunub.
Gürcüstan Daxili İşlər Nazirliyi təşkilatlanmış cinayətkarlığa
qarşı mübarizəni davam etdirəcək və hər cür müqavimətə baxmayaraq
kriminal səviyyəni ölkədə tarixi minimuma endirməyə çalışacaq.