Marneulidə 10 763 abunəçinin qaz təchizatı dayandırılıb
Bu gün, 5 noyabr tarixində saat 10:00-dan etibarən Marneuli şəhərində, eləcə də Tsereteli və Saimerlo kəndlərində qaz təchizatı dayandırılıb. SOCAR Georgia Gas şirkətinin yaydığı məlumata görə, Marneulidə qaz təchizatının kəsilməsinin səbəbi qaz kəmərində planlaşdırılan təmir və texniki xidmət işləridir.

"Təbii qaz təchizatı 5 noyabr saat 17:00-dan etibarən tədricən bərpa olunacaq və günün sonuna qədər tam olaraq
bərpa ediləcək. SOCAR Georgia Gas şirkəti yaranan narahatçılığa görə üzr istəyir və abunəçiləri mənzillərdəki qaz kranlarını bağlı saxlamağa və qaz cihazlarını nəzarətsiz qoymamağa çağırır,"
– SOCAR-ın bəyanatında deyilir.

Şirkətin verdiyi məlumata görə, Marneuli şəhərində 10 763 abunəçinin qaz təchizatı tamamilə dayandırılıb. Saat 17:00-dan etibarən isə təbii qaz təchizatı tədricən bərpa olunacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər