Rusiya prezidenti Vladimir Putin vətəndaşların hərbi xidmətə
çağırışı qaydasını dəyişən qanunları imzalayıb.
Birinci qanuna əsasən, 2026-cı il yanvarın 1-dən çağırış bütün
təqvim ili boyunca, yəni yanvarın 1-dən dekabrın 31-dək
keçiriləcək. Hərbi komissarlıqlar ilboyu çağırış vərəqələri
göndərə, tibbi müayinələr və çağırış komissiyalarının iclaslarını
keçirə biləcəklər.
Çağırışçıların xidmət yerinə göndərilməsi isə əvvəlki kimi olacaq:
1 aprel – 15
iyul və 1 oktyabr – 31 dekabr arası. Qanuna görə,
elektron çağırış vərəqəsində göstərilən gəlmə tarixi vərəqənin
reyestrdə yerləşdirilməsindən sonra 30 günü keçməməlidir.
Prezidentin imzaladığı ikinci qanun isə ehtiyatda olan
vətəndaşların dinc dövrdə də müəyyən tapşırıqları yerinə
yetirməsinə icazə verir. Bu, ehtiyatda olmaq barədə könüllü
kontrakt bağlayan vətəndaşlara aiddir. Rusiya Müdafiə Nazirliyi
onları "əhəmiyyətli obyektlərin və digər həyati vacib
infrastrukturun qorunması məqsədilə" xüsusi toplanışlara göndərmək
hüququ əldə edir.
Dövlət Duması bu qanunu oktyabrın 28-də qəbul edib.
Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan Rusiya rəsmi
olaraq nə hərbi vəziyyət, nə də ümumi səfərbərlik elan edib.
2022-ci ilin payızında "qismən səfərbərlik" həyata keçirilib,
ordunun əsas hissəsi isə "könüllülər" hesabına formalaşdırılıb.
"Vətəndaş və ordu" hüquq müdafiə qrupunun direktoru Sergey Krivenko
"Current Time"a deyib ki, söhbət Müdafiə Nazirliyi ilə ehtiyatda
olma barədə müqavilə imzalayan şəxslərdən gedir: "Amma bu kontrakt
onların üzərinə müharibəyə getmək öhdəliyi qoymur. Müharibədən
öncəki şərtlərə görə, rezervist yalnız döyüş hazırlığını
təkmilləşdirmək, vaxtaşırı toplanışlara getmək öhdəliyini
götürürdü. Bunun qarşılığında Müdafiə Nazirliyindən az miqdarda pul
alırdı".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.