'Qəhrəmanımı öldürdülər': İranın kiçik şəhərində matəm etiraza çevrilib
14:15 / 05.11.2025
İranda Omid Sarlakın dəfninə yığışanlar "Xameneiyə ölüm!" şüarları
səsləndiriblər.
O, ali dini lider Əli Xameneinin şəklini yandırdığı videonu sosial
şəbəkələrdə paylaşandan sonra ölü tapılıb.
Noyabrın 3-də yüzlərlə insan İranın kiçik Əligudərz şəhərindəki
qəbiristanlığa Sarlakın dəfninə yığışıblar. Ailəsi və tərəfdarları
polisin onun intihar etməsi barədə iddiasını rədd edir, Sarlakın
Xameneinin şəklini yandırdığı videodan sonra ölümünü şübhəli
sayırlar.
"Portreti yandır"
Dəfn mərasimindən sonra iranlılar 86 yaşlı ali dini liderin, İslam
Respublikasının qurucusu Ruhulla Xomeyninin portretlərini
yandıraraq şəkil və videoları sosial mediada paylaşmağa
başlayıblar.
Sarlakın Instagram-da paylaşdığı son hekayələrdə Xameneinin
yandırılan şəkli üstündə İranın son şahı Məhəmməd Rza Pəhləvinin
arxiv səsi eşidilir. Sarlak videonun üstünə yazdığı titrlərdə
gəncləri ayağa qalxmağa çağırır. Bu postlar Sarlakı ölümündən sonra
etiraz simvoluna çevirib, ölkədə yeni "portreti
yandır" video
dalğası başlayıb.
"Nə vaxtacan təhqirə, yoxsulluğa, tapdanmağa
dözməliyik? Gənclər, özünüzü göstərməyin vaxtıdır. Bu mollalar
yalnız İran gənclərinin basıb keçəcəyi bir axındır",
– 20 yaşlarında olan Sarlak paylaşımlarından birində yazmışdı.
Qəbrinin üstünə yığılanlar isə ədalət vəd ediblər.
Atanın müsahibəsi
Sarlakın atası oğlunun meyitinin tapıldığı yerdə çəkilən videoda
"Onlar qəhrəmanımı öldürdülər" deyir. Bu isə ölümün rəsmi izahına
dərin etimadsızlığı göstərir.
Əligudərz polisi Sarlakın avtomobildə özünə atəş açaraq öldüyünü
iddia edib. Hadisə üzrə məhkəmə-tibbi araşdırma başlandığı
açıqlanıb. Sosial media istifadəçiləri isə bildiriblər ki,
hakimiyyət ailəyə intihar versiyasını qəbul etməsi təzyiq göstərib.
Ailə bu iddiaları şərh etməyib.
Başqa bir videoda Sarlakın atası oğlunun yeraltı keçiddə əhatəyə
alındığını və öldürüldüyünü deyib. Videonu çəkən şəxs əlavə edib
ki, qatillər onun yanına silah qoyaraq ölümü intihar kimi
göstərməyə çalışıblar. Nə ata, nə də videonu çəkən şəxs dövlətin
birbaşa iştirakı haqda açıq ittiham səsləndirib.
İslam respublikasının tənqidçiləri sosial mediada Sarlakın ölümünü
"şübhəli" adlandırıblar.
Dəfn mərasimindən öncə dövlət televiziyasına danışan Sarlakın atası
ictimaiyyəti internetdəki şayiələrə inanmamağa çağırıb. Ancaq
çoxları bu müsahibəni məcburi etiraf sayır, çünki İslam
Respublikası fərqli fikrə uzun illərdir dözümsüz yanaşır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.