ABŞ BMT-də Qəzzada iki illik keçid idarəetmə orqanı və beynəlxalq
sabitləşdirmə qüvvəsini təsdiqləyən qətnamə layihəsi hazırlayıb.
"Reuters" bunu gördüyü sənədə istinadla yazır.
Diplomatlar layihənin hələ hazırlanma mərhələsində olduğunu, dəyişə
biləcəyini deyiblər. Bu həftə layihəni bəzi ölkələrlə paylaşıblar.
Amma, hələlik, Təhlükəsizlik Şurasının 15 üzvü arasında müzakirəyə
çıxarılmayıb. Vaşinqtonun bunu nə vaxt edəcəyi bəlli deyil.
ABŞ
Dövlət Departamentinin təmsilçisi deyib ki, prezident Donald
Trampın Qəzza planının gerçəkləşdirilməsi ilə bağlı BMT
Təhlükəsizlik Şurasının üzvləri, digər tərəfdaşlarla danışıqlar
gedir. Amma sızdırıldığı ehtimal edilən sənədlər barədə şərh
verməyib.
İki səhifəlik qətnamə layihəsində deyilir ki, "Sülh şurası" adlı
keçid idarəetmə administrasiyasına Qəzzada müvəqqəti Beynəlxalq
Sabitləşdirmə Qüvvəsi (ISF) yaratmaq səlahiyyəti veriləcək. Bu
qüvvənin mandatının icrası üçün bütün zəruri tədbirlərdən, hərbi
gücdən istifadə etmək icazəsi olacaq.
ISF mülki əhalini, humanitar əməliyyatları qoruyacaq, İsrail, Misir
və "yeni təlim keçmiş və yoxlanılmış Fələstin polisi" ilə birlikdə
sərhədlərdə təhlükəsizliyi təmin edəcək. Qüvvə Fələstin polisinə
təlim keçəcək, onu dəstəkləyəcək.
ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS ilə İsrail bir ay öncə Trampın
Qəzza üzrə 20 bəndlik planının ilk mərhələsinə razılaşıblar.
Bununla iki illik müharibəyə son qoyulub, girov mübadiləsi
aparılıb.
Qətnamə layihəsi isə planın növbəti mərhələsini, Sülh Şurası və
ISF-in yaradılmasını dəstəkləyir.
Trampın planında HƏMAS-ın Qəzzadakı idarəçiliyinə son qoyulması,
qruplaşmanın tərksilahı nəzərdə tutulur. HƏMAS, hələlik,
tərksilahla bağlı rəsmi açıqlama verməyib, ancaq daha öncə belə
tələbləri rədd edib.
Tramp administrasiyası ABŞ hərbçilərinin Qəzzaya göndərilməsini
istisna edib. "Reuters" Vaşinqtonun İndoneziya, Birləşmiş Ərəb
Əmirlikləri, Misir, Qətər, Türkiyə və Azərbaycanla çoxmillətli
qüvvəyə qoşulmaq barədə danışıqlar apardığını yazır. İsrail
dəfələrlə Türkiyə qüvvələrinin yerləşdirilməsinə etiraz edib.
Sənəd həmçinin Dünya Bankı, digər maliyyə qurumlarını Qəzzanın
bərpası və inkişafına maliyyə resursları ayırmağa çağırır. Bunun
üçün donorların idarə etdiyi xüsusi etimad fondu yaradılması təklif
olunur.
Təhlükəsizlik Şurasında qətnamənin qəbul olunması üçün ən azı
doqquz səs və ABŞ, Britaniya, Fransa, Rusiya və Çinin veto
qoymaması lazımdır.
Layihə barədə məlumatı ilk dəfə "Axios" yayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.