Xülasə
- İraq Tehranın regional təsirini, iqtisadi
çıxışını və müdafiə arxitekturasını qorumaqdan ötrü əvəzolunmaz
meydana çevrilib
- "Növbəti parlament seçkiləri İran üçün, doğrudan da,
həlledici ola bilər. Tehranın üstünlük verdiyi namizədlər zəif
nəticə göstərsələr, bu, İranın daha bir uğursuzluğu
olacaq".
- İraqda şiə qrupları arasındakı rəqabəti cilovlamaq üçün
İran oktyabrın əvvəlində Süleymaninin varisi, Qüds Qüvvələrinin
komandanı İsmayıl Qaanini Bağdada göndərib.
İranın bölgədəki
təsirinin azaldığı bir vaxtda İraqda noyabrın
11-də parlament seçkiləri keçiriləcək. Bu seçkinin nəticəsi
Tehranın nüfuz dairəsindəki gücünü saxlayıb-saxlamadığını
göstərəcək. Yaxud İran proksilərini məsafədən, daha bahalı
idarəetməyə də keçə bilər.
AzadlıqRadiosunun jurnalist Kian Şərifi yazır ki, İraq Tehranın
regional təsirini, iqtisadi çıxışını və müdafiə arxitekturasını
qorumaqdan ötrü əvəzolunmaz meydana çevrilib. Bu, Suriyadakı
məğlubiyyət, Livanda ABŞ-nin terrorçu saydığı "Hizbullah"a
təzyiqlərin artması fonunda baş verir.
"Növbəti parlament seçkiləri İran üçün, doğrudan da,
həlledici ola bilər. Tehranın üstünlük verdiyi namizədlər zəif
nəticə göstərsələr, bu, İranın daha bir uğursuzluğu olacaq. Bu
zaman Tehranın gücünün ciddi azaldığı təsəvvürü
yaranar", – Nyu-Yorkda yerləşən Sufan Mərkəzinin
icraçı direktoru Kolin Klark deyir.
O əlavə edib ki, İran istədiyi nəticəni əldə edə bilməsə, bu,
regionda onun adına ciddi zərbə vuracaq, "çünki bu zaman liderləri
zəif görünür".
İran üçün qeyri-bərabər mübarizə
İran illərdir qonşu İraqda müxtəlif şiə partiyalarını, silahlı
qruplaşmaları dəstəkləməklə nüfuzunu gücləndirib. Bu qrupların
bəzilərini elə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH)
yaradıb.
2020-ci ildə ABŞ Qüds Qüvvələrinin komandanı Qasım Süleymanini
qətlə yetirəndən sonra bu təsir zəifləməyə başlayıb. Tehran bu
qruplar üzərində əvvəlki nəzarətini itirib, onların arasında
parçalanma və daxili çəkişmələr artıb.
Baş nazir Məhəmməd Şiya əs-Sudaninin də olduğu Koordinasiya Şurası
daxilindəki şiə fraksiyaları arasında Xalq Səfərbərlik Qüvvələrinin
(PMF) ləğvi ilə bağlı fikir ayrılığı var. Əsasən İranyönlü
döyüşçülərdən ibarət bu çətir təşkilatı 2016-cı ildə İraq ordusuna
birləşdirilib.
Bir vaxtlar Tehranın himayəsi altında razılaşdırılan şiə siyahıları
indi seçkidə bir-biri ilə rəqabət aparır. Bu, təkcə əvvəlki
həmrəyliyin zəifləməsi deyil, həm də İrana sədaqətdən çox şəxsi
maraqlara əsaslanan yeni siyasi yanaşmadır.
Bu rəqabətləri cilovlamaq üçün İran oktyabrın əvvəlində
Süleymaninin varisi, Qüds Qüvvələrinin komandanı İsmayıl Qaanini
Bağdada göndərib. Lakin onun niyyətinə nail olub-olmadığı, hələlik,
bəlli deyil.
"İran artıq əvvəlki gücünü itirib və çox zəif
durumdadır. İsrailin İran və onun müttəfiqləri üzərinə sərt gedişi,
çox güman ki, Tehran tərəfdarları və sponsorları arasında
liderlərin əvvəlkitək etibarlı olmadığına dair şübhələr
yaradıb", – Klark deyir.
Bundan da betər ola bilərdi
K.Şərifi yazır ki, regiondakı digər məğlubiyyətlər də İranın
nüfuzuna təsir göstərib. Son iki ildə İsrail İranın regional
şəbəkəsinə və imkanlarına ciddi zərbə vurub – Qəzzada ABŞ-nin
terrorçu saydığı HƏMAS-ın hərbi rəhbərliyini və infrastrukturunu
məhv edib, "Hizbullah"ın gücünü sarsıdıb, Suriyada və hətta İranın
özündə SEPAH obyektlərinə zərbələr endirib. İyunda birbaşa müharibə
bu zəiflikləri daha da üzə çıxarıb.
"Hizbullah"ın və SEPAH-ın Suriyadakı mövqeyinin zəifləməsi İranın
əsas müttəfiqi olan prezident Bəşər Əsədin devrilməsinə gətirib.
Əsəd hakimiyyəti Tehrana Suriya üzərindən İraq və Livandakı
tərəfdaşlarını birləşdirən quru dəhliz yaratmağa imkan verirdi.
İndi isə İraq İran üçün bölgədə ən yaxın və əvəzsiz dayaq nöqtəsinə
çevrilib. Yaxın Şərqdə digər alternativlər tükəndikcə, Tehran
regionda təsirini qorumaq üçün daha çox İraqa güvənmək
məcburiyyətində qalır.
Klarkın fikrincə, seçkilərin nəticəsi Tehranı məyus etsə belə, İran
geri çəkilmək əvəzinə mübarizəni davam etdirəcək:
"İran
indi bu əlaltı qrupları yenidən qurmaq, onlarla münasibətləri
gücləndirmək üçün vaxt, enerji və resurs ayırmaq
məcburiyyətindədir, halbuki bu resurslar artıq
məhduddur".
İraqdakı səsvermə sadəcə daha bir seçki deyil. Bu, İranın gücünün
davamlı kəsildiyi regionda hələ də hadisələrin gedişatına təsir
göstərə bilib-bilməyəcəyinin sınağıdır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.