Rusiyanın Müdafiə Nazirliyi noyabrın 5-də bildirib ki, Pokrovskdakı
qüvvələri şimala doğru irəliləyir, Ukraynanın mühasirəni yarmaq
cəhdlərinin qarşısını alıb.
Moskva ötən ildən Pokrovsku tutmağa, Donbas vilayətini tam ələ
keçirməyə çalışır. Ukrayna hazırda vilayətin 10 faizinə nəzarət
edir.
“Reuters” xəbər verir ki, Rusiya çərşənbə günü Pokrovsk və
Kupyanskdakı Ukrayna qüvvələrinin mühasirəyə salındığını bildirib.
Moskva deyir ki, ukraynalılar təslim
olmalıdırlar, əks halda sağ
qalmaq şansları yoxdur.
Cəbhə zonasının xəritələri Rusiya qüvvələrinin Pokrovsku tam
mühasirəyə salmasına cəmi bir neçə kilometr qaldığını, Kupyanskın
isə əhəmiyyətli hissəsinə nəzarət etdiyini göstərir.
Rusiyanın son açıqlamalarına Ukrayna hələlik, münasibət
bildirməyib.
Ancaq Ukrayna prezidenti Volodimir Zelenski noyabrın 3-də deyirdi
ki, Ukrayna qüvvələri Kupyanskı 60 Rusiya əsgərindən təmizləməyə
çalışır.
4 noyabr
Rusiya Pokrovskda mühasirəsini gücləndirdiyini
bildirir
Rusiya Müdafiə Nazirliyi noyabrın 4-də bildirib ki, Pokrovskda
Ukrayna qoşunlarının mühasirəsini gücləndirir. Moskva bir ildən
çoxdur bu nəqliyyat və logistika mərkəzini ələ keçirməyə
çalışır.
TASS dövlət agentliyi nazirliyə istinadla xəbər verir ki, Rusiya
qüvvələri Pokrovskda 35 binanı Ukrayna hərbçilərindən
"təmizləyib".
Rusiya həmçinin Xarkov vilayətinin Kupyansk şəhəri yaxınlığında da
Ukrayna qoşunlarını mühasirəyə almağı gücləndirir.
Döyüş bölgəsindən gələn məlumatları müstəqil təsdiqlətmək mümkün
olmayıb.
Ukrayna hər iki ərazidə qoşunlarının mühasirəyə salındığı barədə
iddiaları təkzib edib.
27 oktyabr
Rusiya qoşunlarının Pokrovska daxil olduğu bildirilir
Kiyev Rusiyanın quru qoşunlarının strateji əhəmiyyətli Pokrovsk
şəhərinə daxil olduğunu təsdiqləyib. Prezident Volodimir Zelenski
vəziyyəti "çətin" adlandırıb, şəhərin mərkəzi və ətrafında şiddətli
döyüşlərin getdiyini bildirib.
Zelenski oktyabrın 26-da gecə müraciətində deyib ki, Rusiya çoxlu
sayda hərbi qüvvəsini Pokrovsk və yaxınlıqdakı Mirnoqrad şəhəri
ətrafında cəmləşdirib. Uzun müddətdir Ukraynanın bu şərq regionunda
döyüşlər gedir.
"Rusiya əsas zərbə qüvvəsini məhz Pokrovsk yaxınlığında
cəmləyib", – Zelenski deyib.
Amma prezident Ukrayna qüvvələri əsas müdafiə xətlərini saxladığını
vurğulayıb.
Pokrovsk çoxdan hədəfdə idi
Müharibədən öncə 60 min əhalisi olan, indi isə təxminən 7 min
nəfərin qaldığı Pokrovsk vacib yol və dəmiryol qovşağıdır. Bu ili
şəhər Rusiya qüvvələrinin mühasirəsinə düşmə təhlükəsi altında
keçirib.
Oktyabrın əvvəlində Rusiya prezidenti Vladimir Putin qoşunlarının
şəhərə daxil olduğunu iddia edib. Amma Ukrayna rəsmiləri bunu
təkzib edib, Kreml qüvvələrinin ağır itkilər verdiyini
açıqlayıb.
Oktyabrın 26-da Ukrayna Baş Qərargahı bəyan edib ki, ümumi sayı 200
nəfər olan, bir neçə kiçik Rusiya piyada bölməsi müdafiə xətlərini
keçərək Pokrovsk daxilində mövqelər qurur.
"Müdafiə qüvvələri düşmən hücumlarını dəf edir. Düşmən
böyük itkilər verir", – Baş Qərargah bildirib.
Regiondan gələn xəbərlər hələ müstəqil təsdiqini tapmayıb.
Atəşkəs səyləri dalana dirənib
Təxminən dörd ildir gedən müharibədə atəşkəs cəhdləri nəticəsiz
qalıb.
ABŞ prezidenti Donald Tramp oktyabrın 25-də bildirib ki, Kreml
lideri Putinin müharibəni bitirmək üçün razılığa gəlməyə hazır
deyilsə, onunla görüşə "vaxt itirməyəcək".
"Bilməlisiniz ki, biz razılaşma əldə edəcəyik. Vaxtımı
boş yerə sərf etməyəcəyəm", – Tramp jurnalistlərə
deyib.
"Vladimir Putinlə münasibətlərim həmişə yaxşı olub, amma bu durum
çox məyusedicidir. Düşünürdüm ki, bu məsələ Yaxın Şərqdə sülh əldə
olunmazdan əvvəl həllini tapacaq", – o əlavə edib.
Tramp daha öncə Putinlə bir neçə həftə ərzində Budapeştdə görüşməyi
planlaşdırdığını bildirib. Ancaq ABŞ prezidenti sonradan görüşü
ləğv edib, onun başqa vaxt keçirilə biləcəyini deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.