Ətraf Mühitin Mühafizəsi Departamenti 10 ayda qum və çınqılın qanunsuz çıxarılması ilə bağlı 120 fakt aşkarlayıb
Ətraf Mühitin və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 2025-ci ilin 1 yanvar – 31 oktyabr tarixləri arasında qum və çınqılın qanunsuz çıxarılması ilə bağlı 120 fakt aşkarlayıblar. Onlardan 36 fakt cinayət əlamətləri daşıyır. Materiallar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara göndərilib. Qanun pozuntuları nəticəsində 94 ədəd xüsusi texnika müsadirə olunub.

Qanunsuz fəaliyyət nəticəsində
ətraf mühitə dəymiş ziyanın məbləği 2 milyon laridən çoxdur.

Cari ilin oktyabr ayına olan statistikaya əsasən, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 9 fakt aşkarlanıb. Onlardan 4 fakt cinayət əlamətləri daşıyır.

Təbii resurslardan qanunsuz istifadənin qarşısının alınması, qarşısının vaxtında kəsilməsi və belə halların aşkar edilməsi Departamentin əsas prioritetlərindəndir.

Departamentin ekipajları ölkə üzrə 24 saat fasiləsiz patrul xidməti həyata keçirir və Nazirliyin qaynar xəttinə (153) daxil olan hər bir müraciətə dərhal reaksiya verirlər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google