Qida Təhlükəsizliyi Milli Agentliyinin yoxlama qrupları daim
rejimdə qida məhsullarının etiketlərinin qanunvericiliyə
uyğunluğunu yoxlayır.
Dövlət nəzarət proqramı çərçivəsində ölkə üzrə supermarketlər,
ərzaq mağazaları, ictimai iaşə obyektləri, qənnadı sexləri və kənd
təsərrüfatı bazarları yoxlanılır. Nəzarət tədbirləri nəticəsində
cari il ərzində etiketləmə qaydalarının 770 pozuntusu müəyyən
edilib. Agentlik hər bir hal üzrə qanunla nəzərdə tutulmuş
tədbirləri görüb. Qeyd olunmalıdır ki,
qida məhsulları haqqında
məlumatın düzgün yerləşdirilməsinə görə məsuliyyət biznes
operatorunun, o cümlədən idxalçının üzərinə düşür.
Qida Təhlükəsizliyi Milli Agentliyi istehlakçılara müraciət edərək,
qida məhsulu alarkən etiketdə yerləşdirilmiş məlumatlara diqqətlə
baxmağı tövsiyə edir. Xüsusilə, məhsulun yararlılıq müddətinə (bu
il ticarət şəbəkələrində 334 müddəti bitmiş qida məhsulu
aşkarlanıb), allergiya və ya yüksək həssaslıq yarada bilən
maddələrin və ya məhsulların tərkibinə (belə hallarda həmin
inqrediyent digərlərindən yazı tipi, fonu, üslubu və ya rəngi ilə
fərqləndirilməlidir), məhsulun qida və enerji dəyərinə, qida
əlavələri və ətirləndiricilər barədə məlumata diqqət yetirilməsi
tövsiyə olunur.
Pozuntu halları aşkar edildikdə, vətəndaşlar qaynar xətt – 15-01
vasitəsilə məlumat verə bilərlər.
“İstehlakçıya qida məhsulları haqqında məlumatın təqdim edilməsi –
Qida məhsullarının etiketlənməsi qaydaları” adlı texniki reqlament
Avropa İttifaqı ilə “Dərin və Hərtərəfli Azad Ticarət Məkanı
haqqında” (DCFTA) saziş çərçivəsində hazırlanıb və 2019-cu ildən
qüvvədədir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.