Qabal kəndində keçirilən xüsusi əməliyyat zamanı öldürülən Mirza Əliyev Laqodexi bələdiyyə şurasının (Sakrebulo) keçmiş deputatıdır
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Laqodexi bələdiyyəsinin Qabal kəndində aparılan xüsusi əməliyyat zamanı atışma nəticəsində Mirza Əliyev həlak olub. O, 2010–2014-cü illərdə bələdiyyə şurasında (Sakrebulo) çalışıb.

“Xüsusi təyinatlı dəstənin əməkdaşlarına intensiv atəş açdı. Nəticədə onlardan biri döş qəfəsindən ağır yaralandı. Polis tərəfindən cavab atəşi zamanı Mirza Əliyev yerindəcə zərərsizləşdirildi,” – “Gürcü Arzusu” hökumətinin daxili işlər nazirinin müavini
Aleksandre Daraxvelidze brifinqdə bildirib.

Bu gün, 5 noyabrda, Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Daraxvelidze onu da deyib ki, ölkə üzrə eyni vaxtda aparılan xüsusi əməliyyat nəticəsində “cinayətkar aləmlə” əlaqəsi olan 34 nəfər saxlanılıb. Onlar “maliyyə mübahisələrinin həllinə qarışmaqda” ittiham olunurlar.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google